Mühasibin peşə etikası

21.09.2020C&S Group 2922

 

Bütün dünyada peşəkar mühasiblər cəmiyyətdə mühüm rol oynayır. Dövlət, investorlar, kreditorlar, işəgötürənlər və ümumiyyətlə əhali peşəkar mühasiblər tərəfindən yaradılan iqtisadi məlumatların istifadəçisidir. Bu cür xidmətləri təqdim edərkən peşəkar mühasiblərin yanaşması və davranışı bütün ölkənin iqtisadi rifahına təsir edir. Deməli, mühasib peşəsi ictimai əhəmiyyətli peşədir. Bu ictimai maraqlara riayət etmək peşəkar mühasiblərin üzərinə məsuliyyət qoyur. Peşəkar mühasibin vəzifələri yalnız ayrı-ayrı müştərilərin və işəgötürənin deyil, bütün cəmiyyətin tələbatını ödəməkdən ibarətdir.

Mühasibin etikasına dair xüsusi tələblər bir neçə amillə şərtlənir, o cümlədən:

Ø   konfidensal informasiyanın böyük həcmdə əldə edilməsi, açıqlanması və ya düzgün istifadə edilməməsi təşkilata və onun işçilərinə maddi ziyan vura bilər;

Ø   pul axınlarının formalaşmasında və tənzimləməsində və digər əmlak növlərinin hərəkətində bilavasitə iştirak;

Ø   əmək kollektivi ilə təkcə istehsal xarakteri daşımayan məsələlər üzrə daimi ünsiyyət, təşkilatın bütün heyətinin maraqlarına toxunan daxili normativ aktların hazırlanmasında bilavasitə iştirak (əməyin ödənilməsi formaları və sistemləri, kollektiv müqavilə, mükafatlandırma haqqında əsasnamə, əməyin normallaşdırılması və s.)

Ø   xüsusi xarakter daşıyan və həll edilən məsələlər üzrə vergi və digər nəzarət orqanları ilə müntəzəm əlaqələr, bir qayda olaraq, təşkilat rəhbərliyinin minimum iştiraki ilə həyata keçirilir;

Ø   fəaliyyəti maddi itkilərə və tənbehlərə səbəb olan səhvlər ehtimalı ilə bağlı olan işçilərin kollektivində işləmək.

      Sadalananlar sahə mənsubiyyətindən və ya işlədiyi təşkilatın təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən mühasibatlıq işçisi üçün ümumi etik prinsipləri formalaşdırır.

 

Mühasibin əsas etik prinsipləri:

Professional üstünlük; peşə fəaliyyətində qeyri-dürüstlük, bir qayda olaraq, qanunvericilik və ya normativ aktları pozmaqla müəssisənin qaydalarına zidd  şəxsi mənfəət əldə etmək cəhdlərində özünü göstərir. Mühasibat uçotonun təşkili uçot qeydlərinin yerinə yetirilməsinin düzgünlüyünə çoxsəviyyəli nəzarət sisteminin yaradılmasını və mövcudluğunu nəzərdə tutur. Belə bir sistem ideal olaraq, qeyri-dürüstlüyün istənilən bir təzahürünün ifşa edildiyi anlamına gəlməlidir.

Bu mütəxəssisin dərhal peşəkar diskreditasiyasına , habelə maddi, inzibati və cinayət məsuliyyəti tədbirlərinin tədbiqinə səbəb olur. Obyektivlik, təşkilatın işçiləri ilə qarşılıqlı münasibətlərdə mühasib tərəfindən müəyyən olunur. Obyektivlik prinsipi o deməkdir ki, bütün işçilər üçün onların vəzifə vəziyyətindən, şəxsi münasibətlərindən və adi şəraitdə qərəzli münasibətə səbəb ola biləcək digər amillərdən asılı olmayaraq bərabər şərait yaradılmalıdır.

Prinsipiallıq; təşkilatın rəhbərliyi və nəzarət orqanları ilə iş zamanı vacibdir. Qanunvericilik və digər aktların pozulması halında rəhbərin və baş mühasibin məsuliyyəti qanunvericiliklə müəyyən edilir. Lakin mühasibin ixtisas səviyyəsinə olan tələblər belədir ki, son nəticədə onun qarşısında həyata keçirilən əməliyyatların qanunvericiliyin tələblərinə dəqiq uyğunluğunu təmin etmək vəzifəsi durur. Başqa sözlə, rəhbərliyin mövcud qanunvericiliyə zidd olan və ya risk həddi böyük olan əməliyyatı həyata keçirməyə çalışdığı zaman mühasib bunun qarşısını almaq üçün arqumentlər tapmalıdır.

Kommersiya sirrinin saxlama bacarığı; qeyd edildiyi kimi mühasib öz fəaliyyət növünə görə böyük həcmdə informasiyaya çıxış əldə edir ki, bu da yanlış və ya qərəzli istifadə halında təşkilatın maliyyə göstəricilərini əhəmiyyətli dərəcədə pisləşdirə və ya müflisləşməyə səbəb ola bilər. Konfidensial informasiyanın açıqlanması ya ehtiyatsızlıq üzündən ya da şəxsi mənfəət əldə etmək üçün mühasibin qanunsuz hərəkətləri nəticəsində mümkündür. Bəzən belə informasiyanın açıqlanması təşkilatın rəhbərliyi ilə münasibətlərin kəskin pisləşməsi ilə bağlıdır. Bu halda onu əsas tutmaq lazımdır ki, konfidensial informasiyanın açıqlanması yalnız fikir ayrılığının real səbəbkarlarına deyil, bütün təşkilata da zərər gətirə bilər.

Funksional vəzifələrin peşəkar və vicdanla yerinə yetirilməsi; praktiki fəaliyyətdə bu keyfiyyət aydın bilikdə, öz vəzifələrini vaxtında və tam yerinə yetirməkdə , eləcə də daim özünü təkmilləşdirmə yolu və ixtisasın artırılmasında biruzə verir.

Bu etik qayda və normalardan başqa gündəlik fəaliyyətdə və insanlarla ünsiyyətdə peşəkar mühasib şəxsiyyətin dəyər və layəqətinə hörmət, dözümlülük, açıqlıq, işə sədaqət və s. kimi ümumi etik prinsiplərə əməl etməlidir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın