Mühasibatlıqda outsorsinq

25.09.2023C&S Group 553

 

Outsorsinq, 1989-cu ildə ilk dəfə biznes strategiyası kimi tanınmış, daha sonra isə 1990-cı illərdə biznesin əsas hissəsinə çevrilmişdir.

Beynəlxalq təcrübə onu göstərir ki, mühasibat və hesabatlılıq işlərinin outsorsinqə verilməsi şirkət sahiblərinin maliyyə-mühasibatlıq üzrə iş qayğısından uzaq edir. Bəs nə üçün outsorsinqlə işləməlisiniz və üstünlükləri nələrdir?

-başlıca səbəb şirkət xərclərinin azaldılması, nəticə olaraq daha az xidmət haqqı ilə işlərin konsaltinq şirkətinə ötürülməsini nəzərdə tutur. Normalda əmək haqqı və  DSMF xərcləri əsas vəsaitlərin istismarına çəkilən xərclərdən çox aşağı məbləğlə işinizi peşəkarlara etibar edirsiniz;

-işə fokuslanmaq; şirkət rəhbərliyi maliyyə və mühasibatlıq qayğılarından uzaqlaşaraq daha çox biznesin inkişafına vaxtlarını və enerjilərini istifadə edirlər;

-məhsuldarlıq; outsorsinq görən şirkətlər öz işlərində peşəkar olduqları üçün daha qısa zamanda və effektiv olaraq işləriniz icra edirlər;

-çeviklik; işlərin artdığı zamanlarda bu şirkətlər dəyişikliyə daha  tez uyğunlaşırlar. Outsorsinqlərdə istər yeni, peşəkar işçilərin işə qəbulunda, istərsə də iş yükünün komanda arasında bölüşdürülməsi daha operativ aparılır.

Dəyişikliyə cəld adaptasiya olan bu şirkətlər qanunvericilikdə baş verən ən xırda dəyişiklikdən tez xəbərdar olurlar və işlərə vaxtında müdaxilə edirlər. Bu isə şirkətləri əlavə risklərdən və problemlərdən qoruyur.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın