Mühasibat uçotu ilə bağlı yaranan problemlər həm böyük, həm də kiçik yerli və xarici şirkətlərin Azərbaycandakı nümayəndəlikləri üçün olduqca aktualdır. Öz biznesinə yenicə başlayan bir çox şirkətlər ştatda yüksək ixtisaslı mühasibi saxlamaq imkanına malik olmur. Təcrübəsiz mühasiblərin isə işi nəticəsində ciddi problemlər ortaya çıxır.
Şirkətimiz problemli məsələlərin həlli və sıfırdan mühasibat uçotunun qurulması üçün fiziki və hüquqi şəxslərə mühasibatlıq, vergi, audit və kadrlar uçotu sahəsində kifayət qədər təcrübəyə malik mütəxəssislərin işini təklif edir.
Mühasibatlıq və digər xidmətlərin göstərilməsi şirkətimizə məxsus şəxsi ofisimizdən bütün lazımi əməliyyatların məsafəli icraatı şəklində həyata keçirdilir.
Şirkətimizin mühasibatlıq xidmətlərindən yararlanaraq növbəti üstünlükləri qazanacaqsınız:
-mühasibatlıq müşayiəti Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun olacaq;
-mühasibat uçotunun aparılması prosesinin təminatına görə xərcləriniz azalacaq;
-sizdə heç vaxt dövlət orqanlarına veriləcək hesabatların gecikməsi ilə bağlı problemlər olmayacaq;
-vergi və qanunvericiliyinin pozulmasıyla bağlı cərimələri həmişəlik unudacaqsınız;
-əlavə olaraq vergi, maliyyə və mühasibatlıq üzrə hesabat məsələləri ilə bağlı təmənnasız konsultasiyalar alacaqsınız;
-şirkətimizin xidmətlərini seçərək peşəkar mühasiblərin işinizi aparması təmin ediləcək və müəssisənizin bütün maliyyə əməliyyatlarının keyfiyyətli aparılmasından əmin olacaqsınız.
“C&S Group” konsaltinq şirkəti mühasibat və audit xidmətlərinin növbəti spektrını təklif edir:
-mühasibat autsorsinqi (fiziki və hüquqi şəxslərin fəaliyyətinin tam mühasibat müşayiəti);
-rüblük və illik hesabatların müvafiq nəzarətedici orqanlara (Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi, Dövlət Məşğulluq Xidməti) təqdim edilməsi;
-“sıfır” hesabatların verilməsi;
-mühasibat uçotunun aparılması üzrə konsultasiyalar;
-müəssisənin əsas vasitələrinin inventarizasiyasının keçirilməsi;
-debitor və kreditor borcunun analizi və inventarizasiyası.;
-vergi qoyma üzrə məsləhət;
-vergi planlaşdırılması (mühasibat ekspertizasının keçirilməsi, vergi qoymanın optimallaşdırılmasının həlli haqqında məsləhət);
-vergi yoxlamalarının keçirilməsi vaxtı təşkilatın maraqlarının təmsil olunması, vergi yoxlamasının aktlarına etirazların hazırlanması;
-şirkətin hesabat siyasətinin hazırlanması və ilkin hesabat sənədlərinin tərtibi;
-müəssisənin kadrlar uçotunun aparılması;
Eyni zamanda şirkətimiz daxili audit xidmətlərini də təqdim edir:
-müəssisənin maliyyə və yoxlama fəaliyyətinin qiymətləndirilməsi;
-müəssisənin iqtisadi effektivliyinin öyrənilməsi;
-qanunlara və tənzimləyən aktlara, həmçinin, daxili siyasətə və şirkətin proseduralarına uyğun maliyyə fəaliyyətinin və maliyyə sənədləşməsinin icmalı;
-əsas təşkilat sistemlərinin icmalı və bu sistemlərin köklü sürətdə yenidən qurulması və ya təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
-maliyyə hesabatının aparılması.