Mühasibatlıq və maliyyə

30.11.2020C&S Group 1913

 

Böyük iqtisadi və maliyyə bazarları, demək olar ki, bütün sənaye və dövlətlər COVID-19 pandemiyasından təsirlənmişdir. Maliyyə bazarlarının əksəriyyəti bu problemi həll etmək üçün göstərilən şərtlərə əməl etsə də çətinliklərlə üzləşirlər. Dünya üzərində turizm, restoran şəbəkələri və pərakəndə satış sahələrindəki bir çox müəssisə tənzimləyici və təşkilati tapşırıqlar,  istehlakçı davranışında sosial uzaqlaşma kimi könüllü dəyişikliklər səbəbindən gəlirlərində kəskin azalmalar yaşayır. Bu iqtisadi problemlərin həlli üçün dövlət orqanları, qanunlar və digər əlaqədar təşəbbüslər həyata keçirirlər. Bu dövrlə bağlı 2020-ci ilin mart ayında ABŞ rəhbərliyi bir neçə yeni qanun qəbul etmişdir. Bunlardan “CARES” Qanunu, 2,2 trilyon dollar səviyyəsində maliyyəyə təkan vermişdir.

Pandemiyanın yayılması səbəbilə müəssisələr ümumi iqtisadi tənəzzül yaşamış və bunula da məhdudlaşmamış, iqtisadi bazar dəyişkənliyi və bazar dəyərinin düşməsi,  kreditin pisləşməsi, işsizliyin artması, istehlakçı istehlak xərclərində geniş enişlər, azalmış tələb və təklif məhdudiyyətləri səbəbiylə istehsaldakı azalmalar və digər yenidənqurma fəaliyyətlərinin məhdudlaşdırılması bariz şəkildə özünü göstərmişdir. Əlbəttə ki, bu hallar, bir müəssisənin maliyyə şərtlərinə də uzun müddətli mənfi təsir göstərə bilmişdir.

Pandemiya və iqtisadi tənəzzül nəticəsində gələcəyə yönəlmiş məlumatların hazırlanması ilə əlaqəli unikal kompleksliklərə aşağıdakılar daxildir:

-        -  pandemiyanın son trayektoriyası və "sabit vəziyyətə" qayıtmaq üçün araşdırılan müddət barədə yüksək dərəcədə qeyri-müəyyənlik mövcuddur;

-        -  pandemiyanın maliyyəyə təsirini proqnozlaşdırmaq baş verəcək mürəkkəb dəyişikliklərə çox bağlıdır;

-        -  bundan sonra hər bir müəssisə makro şərtlərin təsirini öz potensial nağd pul axınına  uyğunlaşdırmalıdır.

Buna baxmayaraq, müəssisələr vicdanlı fərziyələr irəli sürməli, onların əsasını dəstəkləyən sənədləri hazırlamalı və istifadə olunan əsas fərziyyələrin açıqlaması ilə yanaşı dəyişikliklərə qarşı potensial həssaslıqla diqqət yetirməlidirlər.

 

Müqavilələrin dəyişdirilməsi:

COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi dəyişikliklər, bir çox müəssisənin mövcud müqavilələrinin və onların şərtlərini yenidən müzakirə etməsinə səbəb oldu.

 

Sonrakı dövrdə baş verəcəklər:

Bir çox müəssisə üçün son dərəcə dalğalı olan və səhm bazarının yeni məıumatlara reaksiyası kimi gündəlik bazada böyük irəliləyişlərin meydana gəldiyi qlobal bir iqtisadi ssenaridə proqnozlaşdırıla bilən və gözlənilməz sonrakı hadisələri ayırmaq çətindir. Qlobal mühitin inkişafı ilə birlikdə, təşkilatların ayıq olması və mühasibatlıq üzrə mütəxəssislərlə məsləhətləşməsi tövsiyə olunur.

 

Müəssisələr, maliyyə hesabatlarına təsir edə biləcək hadisələri analiz edərkən özlərinə məxsus qaydaları və məruz qaldıqları riskləri diqqətli bir şəkildə dəyərləndirməlidir. Aydındır ki, maliyyə hesabatları pandemiyanın cari və ya potensial təsirlərini əks etdirməlidir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın