Mühasibat uçotu hər bir müəssisənin ən vacib biznes-proseslərindən biridir və müəssisənin uğurlu olması həmən müəssisədə mühasibat uçotunun düzgün təşkilindən asılıdır.
Mühasibat uçotunun əsas məqsədləri:
-effektiv sənəd dövriyyəsinin təşkili;
-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda davamlı və əlaqəli əks olunması;
-müəssisənin bütün bölmələrinin gərəkli məlumatlar ilə təmin edilməsi;
-vergi uçotunun aparılması;
-təsisçilərin və investorların müəssisənin maliyyə vəziyyəri barədə məlumat ilə təmin edilməsi.
Müəssisələrdə mühasibat uçotunun düzgün və effektiv təşkil edilməsi üçün mühasiblərin
mühasibat uçotunun normativ-hüquqi bazası, hər bir təsərüfat fəaliyyəti növünün uçotunun metodikası və qaydaları üzrə dərin biliklərinin olması zəruridir. Burada ilk öncə mühasibat uçotunun tənzimləyən AR Qanunları, Beynəlxalq Mühasibat Uçotu Standartları (IAS) və Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS), AR Vergi Məcəlləsi, AR Mülki Məcəlləsi, AR Əmək Məcəlləsi, AR Gömrük Məcəlləsi, AR İnzibati Xətalar Məcəllələri, AR Nazirlər Kabinetinin müvafiq Qərarları və s. normativ-hüquqi aktları misal gətirmək olar. Eyni zamanda mühasib çalışdığı müəssisənin fəaliyyət sahəsinə aid istehsal prosesinin metodika və qaydalarını da yaxşı bilməlidir.