Baş mühasib seçimi zamanı necə yanılmayasan?
Təhsil, təcrübə, düzgünlük, diqqətlilik, məsuliyyətlilik... Bütün bu keyfiyyətlərə malik olan mühasibi necə tapmaq olar?
- tövsiyələr üzrə işə mühasib qəbul etməməli:
Çox vaxt yeni fəaliyyətə başlayan müəssisələrdə sahibkarların tanışları və ya qohumları tərəfindən tövsiyə edilən şəxs baş mühasib təyin olunur. Onlara bu yolla həm kömək edilir, həm də işi etibar etmək olar, - bütün hallarda o, sənə “atmaz”! Halbuki tanışların və ya qohumların biznes sahibkarlarını hansı çətin vəziyyətlərə salmaları barədə faktlar məlumdur. Növbəti mərhələdə səhvə yol verdiyini anlayan sahibkar, bu dəfə də tövsiyə üzrə işə mühasib qəbul etmək istəyir. Ondan soruşursan: “Bu mühasibi sənə kim məsləhət görüb?” Cavab verir: “Tanışım”. – “Hansı tanışın, harada və hansı vəzifədə işləyib?” – “Biz bir binada yaşayırıq, on ildir ki, ünsiyyətdəyik. Bir dəfə nəsə söhbət düşdü və o, məsləhət bildi.” Çox vaxt məsləhətlə işə qəbul olunan mühasib, elə tanış və qohum olan birinin işə qəbul zamanı buraxdığı səhvləri təkrarlayır.
Beləliklə , siz yenidən daha yaxşı, tələblərə cavab verən mühasib tapmaq üçün axtarışa başlamalı olursunuz.
- oğurluqdan qorxmayın:
Sahibkarın mühasib seçimi zamanı başlıca təlaşlarından biri – “birdən bu mühasib məndən oğurluq edər” fikri ilə ağlına gələn qorxudur. Buna görə də tanış olmayan birinə bütün maliyyə işlərini etibar etməkdə tərəddüd edir, lakin mühasiblər arasında oğrular digər peşələr arasında olduğundan çox deyil. Bundan əlavə, cinayətkar mühasiblərin böyük əksəriyyəti qrup şəklində işləyirlər: “direktor – mühasib”. Onlar müəsisəyə eyni vaxtda gəlir, orada maliyyə yoxlaması həyata keçirilənə kimi işləyir, sonra isə yoxa çıxırlar. Mühasib seçimi zamanı daha çox onun səriştəsinə - biliyinə, təhsilinə, iş təcrübəsinə diqqət yetirmək lazımdır.
- super səriştəlilik gözləməyin:
İri müəssisədə mühasib yalnız müəyyən iş sahəsinə görə məsuliyyət daşıyır. Təbii ki, o, sizin elə də böyük olmayan amma tam “mühasib silsilənizin” heç də həmişə öhdəsindən gələ bilməyəcək. Baş mühasib seçimi etdiyiniz zaman şirkətiniz tərəfindən qoyulan müəyyən bir testdən istifadə edə bilərsiniz.
- iqtisadçıya inanmayın:
Bəzi hallarda mühasibatlığa iqtisadi təhsilli şəxslər qəbul edilir və onları böyük sevinclə işə yalnız ona görə qəbul edirlər ki, həmin şəxs hansısa ali təhsil müəssisəsində iqtisadçı diplomunu alıb. Unutmayın, ən yaxşı ali məktəblərdə belə iqtisadçılar mühasibatlıqla bağlı minimal biliklər alırlar; mühasibatlıq kursu orada yarım il və ya ən uzağı bir il çəkir. O səbəbdən, yaxşı olardı ki, “sadə” bir kolleci bitirən, lakin sırf “mühasib” ixtisası üzrə qurtaran bir şəxsi seçəsiniz.
- iri şirkətlərdə iş təcrübəsi sizi azdırmasın;
İri şirkətdə çalışan mühasib yalnız müəyyən sahə üzrə cavabdehlik daşıyır. Təbii ki, o, sizin elə də böyük olmayan amma tam “mühasib silsilənizin” heç də həmişə öhdəsindən gələ bilməyəcək. O səbəbdən namizədin CV-də “iri şirkətdə mühasib işləmişəm” kimi pafoslu ifadə hələ hər şey demək deyil.
- kadr uçotunu mühasibə tapşırmayın;
Çox vaxt şirkətin bütün sənədləşmə işi mühasibin üzərinə qoyulur. Mühasib həm maliyyə, həm işgüzar yazışma, həm də kadrlar üzrə cavabdehlik daşıyır. Bu özlüyündə səhvdir və “universal-mühasib” axtarmaq lazım deyil. Mühasibə kadrların işinin tapşırılması təhlükəlidir. Bu halda mühasib özünü həm işə qəbul edir, həm də işdən çıxara bilir. Yeri gəlmişkən, əvvəlcədən xəbərdarlıq etmək lazımdır ki, maliyyə sənədləri mühasibin evində deyil, ofisdə saxlanılmalıdır. Yaxşı olardı ki, seyf də saxlanılsın.
- “şəxsi vəziyyətləri” aydınlaşdırmaqdan utanmayın;
Mühasibin şirkətin bütün sənədlərinə azad çıxışının olmaması, onun qəfil yoxa çıxması şəraitində sizin sığortalanmağınız olacaq. Təcrübə göstərir ki, bu cür hallar artıq bir normaya çevrilib. Əməkdaş yarım il işləyir, yoxlama zamanı çatanda isə o, yoxa çıxır. Hələ onun sənədlərlə birgə yoxa çıxmaması yaxşı hal sayıla bilər. Bu cür məsuliyyətli anda onu axtarıb tapmaq isə demək olar ki, mümkün olmur. Bilirsinizmi niyə belə baş verir? Çünki sahibkarlar namizədləri elementar yoxlamadan belə keçirmirlər. Sahibkar işə qəbul etdiyi mühasibin pasportunu yoxlamalıdır və onun harada qeydiyyatda olduğunu, harada yaşadığını öyrənməlidir. Yoxlama ərəfəsində yoxa çıxan bu şəxsi harada axtarıb tapacaqsan? Bu məsələdə sənə kim kömək edəcək?
- unutmayın, sizin mühasibiniz muzdlu işçidir;
Hələ sorğu-sual zamanı beyninizdə bir aksiomanı hazır tutun: əgər, kənardan gələn mühasibin keyfiyyətləri sizi qane edirsə belə, o sizin maliyyə dostunuz deyil. Mühasib də digərləri kimi muzdlu işçidir. Düzdür, tabeliyinizdə olan digərlərindən fərqli olaraq, mühasib öz fəaliyyətini özü planlaşdırır və o, bu fəaliyyəti heç də həmişə düzgün planlaşdıra bilmir. Sizin mühasib nə qədər yaxşı biri olsa da, ona nəzarət etmək lazımdır. Heç vaxt mühasibatlıq işlərini öz axarına buraxmayın
Ola bilər ki, mühasibiniz üçün yeni iş ortaya çıxsın. Digər müəssisədə işləmək daha asandır, işlər daha azdır, əməkhaqqı isə daha yüksəkdir. Bu zaman o, yeni əmək haqqını dəyərləndirir, belə bir qərara gəlir ki, sizin ona verdiyiniz məvacib elə də ədalətli məbləğ deyil. O, başa düşür ki, əməkhaqqının artırılması çətin ki, baş tutsun və bu zaman mühasibin bir yolu qalır, sizin müəssisənizin işləri ilə bağlı səylərini xeyli aşağı salır. Beləliklə, mühasibat uçotunda xeyli səhvlər ortaya çıxır. Siz isə mühasibi bir qədər də qıcıqlandırırsınız. Əgər, siz bunun üstündə onun əməkhaqqısını gecikdirirsinizsə və yaxud iddialar irəli sürürsünüzsə, o, kəskin şəkildə sizinlə xudafizləşəcək. Siz keçən dövrlər ərzində onun əməyinin nəticələrini əldə etmək istəyirsiniz: mühasibat proqramı, təhvil verilmiş hesabatlar və s. o isə maaaşını almadığını bəhanə edib, bunları verməkdən imtina edir. Yaddan çıxarmayın ki, siz nadir halda mühasibinizlə partnyor olacaq, demək olar həmişə mühasibinizin rəhbəri olacaqsınız. Mühasib nə qədər yaxşı olsa belə mühasibatlıq işlərini öz axarına heç vaxt buraxmayın.