Mühasibat xidmətlərinin xülasəsi

18.01.2023C&S Group 893

 

Mühasibatlıq bir müəssisə ilə əlaqəli maliyyə əməliyyatlarının qeyd edilməsi, əməliyyatların ümumiləşdirilməsi, təhlili və nəzarət orqanlarına, tənzimləyici orqanlara və vergi yığımı subyektlərinə hesabat verilməsi prosesidir.

Bizneslərdə mühasibatlığın düzgün qurulmaması gəlir və xərclərin hesabatının itməsinə, gəlirlilik səviyyəsinin azalmasına və işin mənfi dinamikada irəliləməsinə səbəb olur.

Ən ciddi problemlər isə hesabat dövründə özünü göstərir. Belə ki, hesabatların vaxtında təqdim olunmaması və ya hesabatlarda uyğunsuzluqların, səhvlərin təyin olunması sahibkar üçün ciddi məbləğdə cərimələr və maliyyə sanksiyalarına səbəb olur.

Doğru qurulmuş və optimiziasiya olunmuş mühasibatlıq prosesi, şirkəti görünməyən amma ciddi təhdidlərdən sığortalayır.

Təklif etdiyimiz mühasibatlıq xidmətlərinə aşağıdakılar aiddir: şirkətin uçotunun yoxlanılması və hesab qalıqların çıxarılması, xərclərin düzgün uçotu, əsas vəsaitlərin inventarizasiyası, mal qalıqlarının sayılması, balans hazırlanması, kassa hərəkəti, bank hesablarının işlənməsi,ƏDV depozit hesablarının işlənməsi, əmək haqqı cədvəllərinin hazırlanması və uçotu, MDSS hesabatları, statistik hesabatların hazırlanması, vergi hesabatlarının təqdim edilməsi, məşğulluq mərkəzi üçün hesabatların hazırlanması və göndərilməsi (aylıq, rüblük, illik), elektron qaimələrin hazırlanması və göndərilməsi, asan imza ilə bağlı müvafiq işlərin icra edilməsi, sadələşdirilmiş vergi, əlavə dəyər vergisi, torpaq vergisi, aksizlər, müəssisələrin əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi, fiziki şəxslərin vergi uçotu.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın