Mühasibat xidməti

09.03.2021C&S Group 1678

 

Mühasibatlıq xidmətlərinin Azərbaycan təcrübəsində əhəmiyyəti;

 

Mühasibat uçotunun düzgün və mütəmadi təşkili hər bir şirkətin diqqət verməli olduğu məqamlardandır. Hər bir hüquqi şəxsin mühasibat uçotu qanunvericilikdəki tələblərə uyğun şəkildə qurulmalıdır. Bu tələb həm kommersiya qurumlarına, həm də qeyri-kommersiya qurumlarına aiddir.

Qanunvericiliyə əsasən mühasibat uçotu xidmətlərini hər bir şirkət daxili resursları hesabına təşkil edə və ya kənar şirkətləri bu işə cəlb edə bilər. Bir çox hallarda şirkətlər peşəkar dəstək olmadan vergi riskləri daşımaqla bərabər, artıq vergi ödəmələrinə də yol verirlər. Mühasibat işinin təşkili, xüsusilə şəffaflaşdırılması xüsusi plan əsasında vergi, mühasibatlıq və hüquq mütəxəssislərinin birgə fəaliyyəti ilə həyata keçirilməlidir. Məsələn, uçotda olmayan və uzun müddət istifadədə olan əsas vəsaitlər, məsələn binalar və ya avadanlıqlar az xərclə balansa alınmalı və uçotda əks etdirilməlidir. Bu isə komanda işi tələb edir. Və ya şirkətin sənədləşdirilməmiş xərcləri sənədləşdirildikdə əlavə hüquqi risklər və artıq vergi ödəmələri yaranmaması üçün peşəkar mütəxəssis komandası ciddi analiz və planlama həyata keçirməlidir.
 

 

Mühasibatlıq xidmətinin aşağıdakı üstünlükləri vardır:

 

·         - Mühasibatlıq uçotu doğru aparıldığına görə, Vergi Məcəlləsində müəyyən edilmiş və vergi orqanına əlavə hüquqlar verilməsinə səbəb olan hallar aradan qalxır. Məsələn, mühasibatlıq uçotu aparılmadıqda və ya qanunvericiliyə uyğun aparılmadıqda, vergi orqanı əlaqəli məlumatlar (üçüncü şəxslər, digər şirkətlər və s) əsasında vergiləri yenidən  hesablaya bilər. Bu isə şirkət üçün riskdir.

 

·         - Mühasibatlıq xidmətləri, şirkəti İnzibati Xətalar Məcəlləsində uçotun aparılmaması və ya doğru aparılmamasına görə müəyyən edilmiş cərimələrdən qoruyur.

 

·         - Mühasibatlıq xidməti alan kiçik şirkətlər (vergi ödəyiciləri)  - mikro sahibkarlıq subyektləri (dövriyyəsi illik 200 000 AZN-i keçməyən ödəyicilər) 10% dividend vergisindən azad olunurlar.

 

·         - Şirkətdə şəffaflıq işçilər tərəfindən mənimsəmə və sui istifadə hallarının qarşısını alır, şirkət sahibləri gəlir və xərclərinə tam nəzarət imkanı əldə edirlər;

 

·         - Mühasibatlıq uçotu olmadıqda rəsmiləşdirilməmiş xərclərin qəbul edilməsi mümkün olmur və beləliklə, əslində faktiki xərclər olsa belə, mənfəət bu xərclərin hesabına azaldılmır və artıq vergi ödənilmiş olur.

 

 - Şirkət rəhbəri və vergi ödəyiciləri vergidən yayınma ittihamları, gəlirin mənbəyi kimi qanuni problemlərdən azad olur.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın