Mühasibat uçotunun prinsiləri

20.02.2020C&S Group 153

Mühasibat uçotu bu elmin ortaya çıxmasından çox-çox əvvəl açıq olan ciddi elmi prinsiplərə əsaslanır. Prinsiplərsiz heç bir mühasibat uçotu yarana bilməzdi: yalnız onların zamanında təşəkkül tapması, investorlara mühasibat hesabatını obyektiv materialist mövqelərdən təhlil etməyə imkan verdi

 

Müxtəlif ölkələrin alimləri müxtəlif prinsiplər sayırlar, lakin, əslində mühasibat uçotu prinsiplərinə bunlar aiddirlər:

1.qeyri-unutqanlıq

2.ehtiyatlılıq

3.anlaşıqlıq

4.düzgünlük

5.ilkin sənədlərin mühafizə olunduğu yerə vergi müfəttişliyinin buraxılması

 

1.Qeyri-unutqanlı

Bu, çox mühüm prinsipdir, çünki mühasibin bir şey yazmağı unutduğu təqdirdə, bu məlumat heç vaxt mühasibat uçotunun reyestrlərində təsbit edilməyəcəkdir. Bu, uzunmüddətli nəticələrə səbəb ola bilər. Kimsə dəqiqləşdirmə aparmalı olduqda, o, registrə oturub baxacaq və görəcək ki, o bom-boşdur. Bu səbəbdən, mühasib hər zaman bir şey yazmağı unutmadığını və unutduğunda, dərhal yanlışlığı düzəltməyi yadda saxlamalıdır. Əlbəttə ki, yüz faiz unudulmaz bir vəziyyət ola bilməz, amma, bunun üçün səy göstərmək lazım gəlir: ideal mühasibatlıq odur ki, mühasibin özü heç bir şeyi unutmayır və həmkarlarına da daim heç nəyi unutmamaları ilə bağlı xəbərdarlıq edir.

 

2. Ehtiyatlılıq

Qeyri-unutqanlıq mühasibat işi üçün kifayət etmir, həm də çox ehtiyatlı olmaq lazmdır ki, hər hansı bir şeyi nəzərdən qaçırmayasan. Hər şeyə diqqət yetirmək, elə ehtiyatlılığın əsas prinsipidir. Mühasib eyni zamanda br çox az nəzərə çarpan detallara da diqqət yetirməlidir: hansı hesab debet olunur, hansı kredit olunur, ilkin sənədlər doldurulubmu, dövriyyə cədvəli hara yoxa çıxıb, bu gün müdirin əhvalı necədir, kompüter rozetkaya taxılıbmı və s.

 

Ehtiyatlılıq prinsipinə əməl etmək, hər şeyə diqqət yetirmək deməkdir.

 

3.Anlaşıqlıq

Anlaşıqlıq prinsipini müxtəlif elmi məktəblər fərqli şəkildə şərh edirlər.

Bəziləri vurğulayırlar ki, mühasib hər şeyə öz ağlı hesabına çatmağa məcburdur,elə bundan damühasib üçün məcburi olan mənəvi-iradəli keyfiyyət kimi anlaşıqlıq haqqında nəticə nədən əldə edilir.  Mübahisə etməyinə dəyməz, müasir iqtisadi fəaliyyət o qədər mürəkkəbdir ki, heç kim, hətta mühasibat uçotu və hesabatları üzrə departament belə, mühasibat uçotunda onun əks olunmasının bütün qaydalarını ətraflı təsvir etmək iqtidarında deyil. Bütün ümidlər mühasiblərədir, hansı ki, onlar öz zəkaları və israrçılıqları hesabına lazımi provodkanı hətta mövcud olmadığı normativ sənəddə aşkara çıxarmaq qabiliyyəində olurlar. Məhz, bu məsələdə onların anlaşıqlıqları mühasiblərin yardımına çatır.

 

Digər elmi məktəblər isə əksinə, anlaşıqlıq prinsipini normativ qeyri-sabitlik atmosferi kimi dəyərləndirir və bu zaman mühasibin bir şey etmək və hətta düşünmək iqtidarında olmayan vəziyyətə düşdüyü qənaətinə gəlir. Sağlamlıq üçün zərərli olan iş mühasibdən uzaqlaşır, onu həddən ziyadə qəzəbləndirir, bu səbəbdən onu bəzən uzaqlaşan prinsip də adlandırırlar

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın