Mühasibat uçotu nə üçün vacibdir?
Mühasibat uçotu , vacib və mürəkkəb bir sistemdir. Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə həm gəlir əldə edə bilir, həm də zərərə gedə bilir.
Müəssisənin gələcəyi, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv və düzgün qurulmasından asılıdır. Mühasibat uçotu düzgün aparılmadıqda, gələcək maliyyə planlaşdırılması olmadıqda müəssisənin gələcək inkişafından danışmaq çətindir, çünki hər bir yeni proyekt əsasında biznes planın hazırlanması, müəssisənin maliyyə büdcəsinin müəyyən edilməsi məhz maliyyə göstəriciləri əsasında aparılır.
Mühasibat uçotunun düzgün aparılmasında ilk növbədə qanun qarşısında məsuliyyət daşıyan müəssisə rəhbərləri maraqlıdır.
Bəs mühasibatlıq uçotu düzgün aparılmadıqda müəssisə hansı problemlərlə qarşılaşa bilər?
-müəssisə iqtisadi tənəzzülə gedə bilər;
-müəssisən maliyyə sanksiyalarına, cərimələrə və əlavə peniyaların hesablanmasına məruz qala bilər.
Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən Vergilər Nazirliyinə öz fəaliyyəti barədə vaxtında düzgün məlumat təqdim etməyən müəssisə rəhbərləri üçün məsuliyyət nəzərdə tutulur. Belə ki, hesabat dövründə Vergi Məcəlləsinin 57.1 – ci maddəsinə uyğun olaraq vergi bəyannamələrini və ya DSMF haqqında hesabat təqdim etməmisinizsə, bu müddət bitdikdən sonra sizə maliyyə cəriməsi tətbiq ediləcəkdir. Hesabatlar təqdim edildikdən sonra büdcəyə borc 5 gün ərzində ödənilməlidir. Əks təqdirdə bütün bank hesabları bloklanacaq və vaxtı keçmiş hər gün üçün ödənilməmiş verginin və ya hər gecikdirilmiş gün üçün cari vergi ödəməsinin 0,1 % nisbətində faiz tutulacaqdır. Bundan sonra hesablaşma hesabınız olmadan siz pul vəsaitlərinin köçürülməsini həyata keçirə bilməyəcəksiniz və bu səbəbdən də maliyyə təsərrüfat fəaliyyətinizi dayandırmalı olacaqsınız. Əlavə olaraq hesab üzrə fəaliyyətin dayandırılması haqqında qərar olduqda bankın yeni hesablaşma hesabı açmaq hüququ yoxdur. Siz, bütün gücünüzü hesablaşma hesabı üzərindəki həbsin götürülməsinə yönəltməyə məcbur olacaqsınız. Əlavə olaraq müəssisənin rəhbərinin və ya təsisçisinin büdcəyə borcu olduqda onun ölkəni tərk etməsi üçün həbs qərarı verilir.
Bu hallarla qarşılaşmamaq üçün mühasibat uçotunun bərpasının aparılması zəruridir, bu müddət ərzində onun bütün əhəmiyyətli və kiçik pozuntuları aradan qaldırılacaqdır. Mühasibat uçotunun bərpası müəssisəmizdə bir neçə mərhələdə aparılır.
QEYD: bərpa müddəti bitdikdən sonra proqram baza məlumatları sifarişçiyə təhvil verilir.
-keçmiş dövrlər üzrə məlumatların bərpa olunması ;
-vergiqoyma üzrə təhlil, məsləhət və tələb olunan nəticələrin tamamlanması;
-bəyannamə və hesabatların vergi və digər dövlət orqanları, büdcədən kənar fondlara yenidən təqdim olunması;
-bərpa müddətinin müəyyən edilməsi ( bərpa müddətinin başlanması müəssisənin qeydiyyat tarixi ilə üst – üstə düşmürsə, o zaman ilkin qalıqları düzgün daxil etmək vacibdir);
-ilkin sənədlərin mövcud qanunvericiliyə uyğunluğu təhlil edilir ( toplanmış ilkin sənədlərin təhlili əsasında çatışmayan məlumatları bərpa etmək və lazımi sənədləri yaratmaq mümkündür);
-mühasibat uçotunun bütün sahələri ardıcıl bərpa edilir: bank, xəzinə, daxil olma, reallaşdırma, əsas vasitələr və s. ;
-əmək haqqının düzgünlüyü, vergilərin hesablanması və təqdim olunan hesabatların etibarlılığı təhlil edilir ;
-təşkilat ümumi vergi sistemi altında fəaliyyət göstərirsə, ƏDV və gəlir vergisinin hesablanması formalaşdırılır və ya sadələşdirilmiş vergi sistemi çərçivəsində vahid bir vergi hesablanır;
-lazım gələrsə vergi orqanlarına, DSMF – yə düzəliş bəyannamələrini və büdcədənkənar fondlara hesabat təqdim edilir, vergi və cərimələrin əlavə ödənişləri üçün ödəmə tapşırıqları doldurulur;
-vergi xidməti və büdcədənkənar fondlarla qarşılıqlı hesablaşmaların uzlaşdırılması həyata keçirilir.
QEYD: mühasibat uçotunun bərpası xidmətinin dəyəri çox vaxt biznes sahiblərini qorxudur, lakin düzgün aparılmayan mühasibatlıqla əlaqəli bütün risklər təhlil edilərkən məlum olur ki, maliyyə itkiləri profilaktik tədbirlərin dəyərindən dəfələrlə çox ola bilər.