Biznesinizin inkişafını təmin etmək üçün bir addım – mühasibatlıq üzrə mütəxəssislərlə əməkdaşlıq!
Daha geniş mənada mühasibatlıq uçotu, müəssisənin fəaliyyət göstərdiyi müddət ərzində həyata keçirdiyi bütün maliyyə əməliyyatlarının aparılması və bu üzrə qeydlər kimi anlaşılır.
Pul axının; giriş və çıxışa nəzarət, müəssisənin pul axını dövrünün yaxşılaşdırılması üçün lazım olan sahələrə diqqət ayırmaqla yanaşı, biznesin inkişaf trayektoriyasını müəyyənləşdirməyə kömək edir. Pul axını, qərar verilmiş iş strategiyasına uyğun olaraq fəaliyyət göstərməyən sahələr və mənfəət nisbətinə dair məlumat, hər hansı bir müəssisənin kredit qabiliyyətini yoxlamaq üçün mühüm rol oynayır. Yenilənmiş və müasir tendesiyalara uyğunlaşdırılmış mühasibalıq uçotu, aparılan hər ticari, ümumiyyətlə, maliyyə əməliyyatlarına diqqətlə nəzarətə kömək edərək investorlar üçün biznes inkişafı üçün doğru addımlar atma imkanını artırır.
Mühasibatlıq üzrə gərəkli kitabçalara qeydlərin edilməsi, maliyyə hesabatı və balans hesabatının aparılması hər hansı bir müəssisənin pul vəziyyətini bilmək üçün vacib nüansdır və bu məlumatlari bir müəssisənin ümumi mühasibat uçotunun vəziyyəti kimi dəyərləndirmək olar. Bir müəssisənin böyüklüyü, onun doğru inkişaf strategiyasında irəliləməməsi və ya planlanan böyümə dərəcəsinə çatmaq üçün hər hansı bir dəyişiklik gərəkli olduqda o qədər də önəmli deyildir. Bənzər formada yenilənmiş mühasibatlıq, idarənin gərəkli bütün sənədlərinin onun tərəfindən izlənilməsi və ümumi qəbul edilmiş mühasibatlıq prinsiplərinə uyğunluğunu təmin edir. Mühasibat kitabları vaxtında aparıldığı və yeniləndiyi təqdirdə maliyyə menecmentindəki hədd nöqtələri vaxtında müəyyən edilir, lakin qeyd edək ki, sahibkar və ya müəssisə sahibi üçün bu məsələ çətin və zaman alandır, çünki hesablar hər dəfə davamlı olduğu üçün onlara vaxt ayırmaq və qeydlər aparmaq lazımdır. Nəzərə alsaq ki, bir müəssisə sahibi olaraq bütün strateji planlama, işçiləri idarə və ticari işlər, satış departamentində də səy göstərmək daxil hər departamenti idarə etdiyinizdə, maliyyə-mühasibatlıq sahəsinə yetərli zamanınız olmadığı gerçəkliyini də inkar edilməzdir. Bu yöndə “C&S Group” un fiziki və hüquqi şəxslərə təklif etdiyi mühasibatlıq-maliyyə, eləcə də, konsaltinq sahəsində digər xidmətlərindən yaranlanaraq həm biznesinizin inkişafına vaxt ayırmış olacaqsınız, həm də bu sahədə bütün işləriniz qanunvericiliyə uyğun şəkildə davam edəcək.
Zamandan səmərəli istifadə etmək və münasib maliyyə tələb edən mühasibatlıq uçotunu təmin etmək üçün “C&S Group” , mühasibatlıq yönümlü konsaltinq şirkəti kimi inkişaf edərək şirkətinizdəki maliyyə xərclərini azaldaraq sizə gəlir gətirəcəkdir. Teknologiyanın müasir dünyamızın hər sahəsində inkişafı ilə birlikdə mühasibatlıq tətbiqetməsi də yenilənmiş hala gəldi, beləliklə, mühasibatlıq bulud teknologiyasından maksimum formada yararlanaraq virtual hal aldı. Mühasibatlıq dünyasının çətinliklərinə hər tərəfli həll təmin etmək üçün müştərilərinə son texnoloji həllər təqdim edən şirkətimiz, mütəxəssis maliyyə təlimçilərindən ibarət komandaya sahibdir.