Müəssisənin sənəd dövriyyəsi, hər hansı fakt və hadisənin başlanğıcından onun yekunlaşdığı dövrədək tərtib edilmiş sənədləri əhatə edir; sənədlərin daxil olduğu və tərtib edildiyi vaxtdan onun icrasının yekunlaşdırılması və göndərilməsi dövründəki hərəkətinə sənəd dövriyyəsi deyilir. Kargüzarlıq xidməti üzrə bütün əməliyyatların dəqiq və təsirliliyi müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin düzgün təşkilindən asılıdır.
Sənəd dövriyyəsinin təşkili sənədlərin tərkibi, müxtəlif sənəd növlərinin nisbəti, onların daxil olma tezliyi kimi kəmiyyət parametrləri ilə xarakterizə olunur.
Müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin təşkili, həmçinin, sənədlərin hərəkəti, işlənilməsinin ardıcıllığı və dəqiqliyindən, yəni onların tərtib olunma yerindən icra yerinə ən qısa yolla çatdırılması və icrasından, sənəd üzərində əməliyyatın bir dəfəyə aparılması yəni, sənədin aid olmayan idarəetmə mənbələrinə göndərilməsi, qaytarılması üzrə vaxt məhdudiyyətinin düzgünlüyündən, mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən maksimum istifadə edilməsindən həlledici dərəcədə asılıdır.
Kargüzarlıq xidməti dedikdə isə sənədlərin tərtib olunması, çap edilib çoxaldılması, əldə edilməsi və rəsmiləşdirilməsi, qeydə alınması, arxivə təhvil vermək üçün hazırlanması və saxlanması prosesi başa düşülür. Müəssisə və təşkilatların bütün mərhələlərinin sənədli informasiya ilə təchiz edilməsi prosesi kargüzarlıq sferasını təşkil edir.
Kargüzarlıq özü 2 yerə bölünür: ümumi kargüzarlıq və xüsusi kargüzarlıq. Bunlar da bir-birindən fərqlənirlər. Xüsusi kargüzarlıq, rəhbər işçi və rəhbərliyin xüsusi növ idarəetmə fəaliyyəti əsas götürülməklə özündə sənədlərin hazırlanması, istifadəsi, qəbulu, qeyd edilməsi, icraçılara çatdırılması, icrasına nəzarətin təşkili, onların çoxaldılması, göndərilməsi, verilməsi, müəyyən fəaliyyət üzrə sənədlər çoxluğundan ibarət olmaqla, habelə, işlənilmiş sənədlərin arxivdə saxlanması prosesini özündə birləşdirir. Sənədləşdirmənin aparılması qaydası və tərtibi ilə ələqadar olan bütüb fəaliyyət isə xüsusi kargüzarlığa aid edilir.
Sənəd layihələrinin tərtibi, çap edilməsi, çoxaldılması, saxlanması, göndərilməsi ilə ələqadər olaraq olan əməliyyatlar ümumi, yəni inzibati kargüzarlığa aid edilir.