Müəssisə üçün büdcə planlaşdırılmasının önəmi nədir?

11.05.2020C&S Group 3429

 

Düzgün hazırlanmış büdcə planlamasında yalnız yaxşı büdcə texnikası kifayət deyil, bu büdcə işi yaxşı bilənlər tərəfindən hazırlanmalı və büdcəyə təsir edə biləcək xarici amillər göz önündə tutulmalıdır. Büdcə tərtibatı sayəsində şirkətlər qərar qəbul edərkən və fərqləri araşdırarkən də faydalı məlumatlar əldə etmiş olur. Büdcə planlaşdırması şirkətdə yarana biləcək dəyişikliklər əsasında, şirkətin növbəti addımlarını yenidən planlaşdırmaqda mühüm rola malikdir.
Ədalətlə və işçi heyətinin fikrinin nəzərə alınması ilə hazırlanan büdcələr biznes sahibləri və işçilər arasında ünsiyyəti, işçinin işə olan bağlılığını və motivasiyanı əhəmiyyətli dərəcədə artıracaqdır. Yuxarıdan aşağıya hazırlanan büdcə - təşkilatdakı üst rəhbərliyin tətbiq etdiyi bir büdcə növüdür. Bu üsul büdcə hazırlanmasında səmərəli bir vasitə ola bilər, ancaq hazırlıq mərhələsində işçilər iştirak etmədiyindən bu cür büdcələr işçilərin laqeyd qalmasına və görülən iş zamanı yarana biləcək problemləri həll etmək istəməməsinə səbəb ola bilər.

İşçi heyətinin iştirakı ilə hazırlanan büdcədə şirkətdəki hər şöbənin müvəffəqiyyəti, şirkətin məqsədlərinə görə hər şöbənin ehtiyac və tələbləri daha dəqiq müəyyənləşdiriləcəkdir. Bu büdcə işçinin formalaşmasına töhfə verdiyi üçün reallaşması üçün heyət əlindən gələni etməyə çalışacaqdır. Lakib belə büdcələrdə balans qorunmalıdır. Rəhbərlik hansı model büdcədən istifadə edəcəyini dəqiqləşdirməzdən əvvəl ona uyğun yol xəritəsini hazırlamalıdır. Büdcə hədəflərini qarşılayan işçilər üçün təşviq sisteminin tətbiqi son dərəcə vacibdir. Qeyd edək ki, gerçəkləşməyən büdcə planlaması işçilərin motivasiyasını da sala bilər. Həmçinin büdcə planlaşdırmasını bələdçi kimi qəbul etmək vacibdir. Lakin nəzərə alınmalıdır ki, hazırlanmış büdcə yarana biləcək fürsət və imkanların üstünlüklərinin reallaşdırılmasın maneə deyil.

Büdcələrin hazırlanmasına və icrasına nəzarət etmək üçün bir çox şirkət büdcə şöbəsi və ya büdcə icrası komissiyasını yaradır. Eyni zamanda büdcə şirkətdəki ayrı-ayrı şöbələrin bir-biri ilə daha sıx əlaqədə işləməsinə və informasiya mübadiləsinin inkişafına şərait yaratmış olur. Bu halda satış, istehsal, daxili alış, xarici alış, idxal, sənaye əlaqələri, satış marketinqi, anbar, hesablama, mühasibat, maliyyələşdirmə, keyfiyyətə nəzarət, logistika kimi bütün digər şöbələr öz şöbələrinin büdcə hədəflərini görəcək və buna uyğun addımlar atacaqlar. Bu iştirak büdcənin tamamlanmasına qədər fərqli şöbələrin bir-biri ilə ünsiyyət qurmasını təmin edəcək.

Onuda nəzərə almaq lazımdır ki, çalışanların hədəfləri nəzərə alınmayan müəssisədə uğurdan bəhs etmək olduqca çətindir. Büdcənin tamamlanma və tətbiq mərhələsi - əlaqəli şöbələrin büdcə hədəflərini qəbul etmə və rəhbər şəxslərə təqdim olunan büdcə planlamasının təsdiqi, imzalanması ilə başlamış sayılır. Şirkətin istehsalındakı, satış hədəflərindəki, işçilərin əmək haqqısındakı dəyişikliklər, satış sonrası geri dönüşlər, əməliyyat xərclərindəki ciddi dəyişikliklər, texniki tələblərdən asılı yaranan dəyişikliklər zamanı büdcəyə yenidən baxılması gərəklidir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın