Maliyyə investorları

07.10.2020C&S Group 1839

 

 

Müəyyən bir işə investisiya qoymazdan əvvəl bəzən ilham alıb cəsarətlənməyə ehtiyac yaranır. Bu səbəbdən sizə indiyə qədər olan ən böyük investorlar haqqında qısa məlumat vermək istərdik.

İnvestor dediyimiz zaman diqqət çəkən bir neçə önəmli şəxs vardır. Onlar haqqında hər yerdə oxuya bilərsiniz. Əlbəttə ki, sərvətinin böyük qismini qoyduğu investisiyadan əldə edən bu insanlardan daha yaxşı ilhamvericilər ola bilməz.

İnvestisiya dünyasının bəzi önəmli adlarını sizinlə bölüşmək istərdik. Bu insanların keçdiyi yollar, strategiyalar və fikirlər sizə yol göstərəcək.

Dünyanın ən nüfuzlu 10 investorunun kimliyi və tövsiyələrini nəzərdən keçirək:

 

Benjamin Graham, investisiya meneceri və maliyyə təhsili verən mütəxəssisdir. Onun "Ağıllı İnvestor" kitabı bu gün də sizin vacib yol bələdçiniz ola bilər.

Amerikalı investor, 1894-cü ildə anadan olmuşdur. İqtisadçı və professor olan Benjamin “investisiyanın atası”  olaraq tanınır. Warren Buffett, Sir John Templeton kimi bir çox önəmli şəxslərin tərbiyəçi-müəllimi olmuşdur. İqtisadiyyat və investisiya mövzusundakı işləri bu gün də diqqət çəkən məlumatlar arasında yer alır.

Bütün zamanların ən böyük investoru olaraq qəbul edilən Ben Grahamın əsas investisiya prinsiplərindən öyrəniləcək bir çox dərs vardır.

“Dəyər sərmayəsi”nin atası kimi tanınan Graham, dəyərindən aşağı bir aktiv almağı hədəfləmişdir. Bu şəkildə həm yüksək geri dönüş fürsəti axtarmış, həm də riskləri minimuma endirmişdir. O, təhlükəsizlik marjası ilə ticarət etməyi və dəyişkənlikdən qazanc gözləməyi tövsiyə edir.  Onun fikrincə, hər şəxs özü necə investor olduğunu bilməlidir.

Bazar davam etməyən nikbinlik ilə əsassız pessimizm arasında dəyişən bir obyektdir. Ağıllı investor bədbindən alıb optimistə satan realistdir. (Benjamin Graham)

 

“Templeton Böyümə Fondu”nun qurucusu Sir John Templeton, dünyanın ən böyük və ən uğurlu beynəlxalq investisiya fondlarını yaratmışdır. Kraliça II. Elizabeth tərəfindən cəngavər elan edilmişdir. Uğurlarını Böyük Böhran dövründə etdikləri ilə tarixə yazdırıb. 1999-cu ildə “Money” jurnalı onu yüz ilin ən böyük qlobal fond toplayıcısı kimi qeyd etmişdir. O, maksimum gəlir gətirmək üçün fərziyyə irəli sürməməyi və investisiya qoymağı tövsiyə edir. Yüksək  qazanc üçün inflyasiya və vergilər kimi məsələləri nəzərdən qaçırmamalı olduğunuzu bildirir. Çalışmanızı, pessimist olmamanızı və açıq fikirli olmanızı tövsiyə edir. Bazar üstü performansın çətin bir iş olduğunu bildirirdi.

Dəyişimi gözləyin və reaksiya verin. Heç bir şey bazarda qalıcı deyildir. Ala biləcəyiniz və unuda biləcəyiniz heç bir hissə yoxdur. (John Templeton )

 

Hissə seçimində tətbiq etdiyi metodlarla diqqət çəkən Thomas Rowe Price özünəməxsus investisiya firmasını quran adlardandır. O, komissiya ödəmələri mövzusunda müştəri marağının olmadığını dilə gətirmişdir. Bu səbəblə komissiya yerinə fərqli yollar izləmişdir.

İnkişaf investisiyasının babası olaraq qəbul edilən Price, iqtisadi depresiya ilə mübarizəsi ilə də tanınır.

Karyera və investor uğuru ilə bağlı tövsiyələrlə çıxış edən Price, əsas olaraq düşüncələrinizə sahib çıxmanızı təkidlə məsləhət görür. Bazarları dairəvi qəbul edən Price, uzun müddətli yaxşı bir şirkətə investisiya etmə düşüncəsini mənimsəmişdir. İnvestisiya fəlsəfəsinə görə investorlar uzun zaman fərdi hissə toplanmasına daha çox diqqət yetirməli idi. İntizam, zaman, tutarlılıq və təməl analizləri uğurun təməli olaraq qəbul edirdi.

Əgər müştəriyə doğru davransanız sizi daha uzun müddət mükafatlandıracaqdır. Sahib ola biləcəyimiz ən önəmli varlıq; inşa etməsi çox çətin və itirilməsi çox asan olan yaxşı niyyətdir.(Thomas Rowe Price)

 

 “Vanguard Windsor Fondunun prezidenti olan  John Neff, aşağı qiymət/qazanc metodologisini mənimsəmişdir. Fondun 30 ildə 57 dəfə dəyərləndirilməsini təmin edən Neff investisiya tərzi ilə diqqət çəkmişdir. Onun investisiya texnikası populyar sənayelərə dolayı yoldan investisiya qoymağı ehtiva edirdi. Aşağı qiymət/qazanc dərəcələrinə və güclü dividend gəlirlərinə sahib şirkətlərə diqqət edirdi. Bu səbəbdən dəyər investorları arasında yer alırdı. Hər zaman yaxşı nəticələri ola biləcək hissələrə investisiya edən Neff, illik 7%-dən çox böyümə dərəcəsinə sahib hissələrə dəyəri aşağı ikən investisiya qoymuşdur. İllik 20%-dən çox inkişafı olan şirkətlərdən uzaq duran Neff, dividend gəlir və əsas təhlilə də diqqət yetirdi.

Bazarda hər hansı bir klassik dərs varsa da o da bir nöqtədə orta səviyyəyə geri dönməkdir. Gec və ya tez nəsə baş verər və inkişaf, özəlliklə isə surətli inkişaf dayanar. (John Neff)

 

Sektora çok kiçik yaşlarda gələn Jesse Livermore, alqı – satqı qaydaları ilə diqqət çəkmişdir. Hissə və əmtəə qiymətlərini təbaşirlə taxtada yazaraq işə başlayan Livermore, inkişaf etdirdiyi texnikaları ilə əfsanə olub. Livermore, inkişaf etdirdiyi iqtisadi fikirləri ilə milyon dollarlar qazanmış və itirmişdir. Sərvətinin bugünkü dəyərinin 14 milyard dollara bərabər olduğu təxmin edilir. Təcrübəsini işin içində qazanan Livermore, Wall Streetdə yeni bir şey olmadığını söyləmiş və bunun erkən öyrəndiyi dərslərdən biri olduğuna diqqət çəkmişdir. Pul hərəkətlərinin təkrar etdiyinə inanmışdır.

Erkən öyrəndiyim dərslərdən biri də Wall Streetdə yeni heç bir şeyin olmadığıdır. Bu gün bazarda olan hər şey öncə olub və yenidən təkrarlanacaq. (Jesse Livermore) 


İnvestisiya fondu əfsanəsi olan Peter Lynch, idarə etdiyi fondun 13 ildə təxminən 30% gəlirə çatmasını təmin etmişdir. Fondun aktivləri 20 milyon dollardan 14 milyard dollara yüksəlmişdir. Peter Lycnh, öz investisiya tərzini inkişaf etdirən biri olmuşdur. Hissə seçim texnikası ilə irəliləyən Lynch, hissədən əlavə şirkətə diqqət edilməsinin vacibliyini söyləmişdir. İnvestisiyalarda 100% doğruluq olmadığını və qiymətlər əlverişli ikən hissə alınması gərəkdiyini bildirmişdir. Fond bazarında ən önəmli orqanın beyin deyil, mədə olduğunu söyləməsiylə də tanınan Lynch əfsanəvi investorlar arasında yer almışdır.

Məşhur fərziyyəçi olaraq tanınan George Soros,1992-ci ildəki Qara Çərşənbə krizisindəki hərəkəti ilə diqqət çəkmişdir. Kriz dönəmində 1 gündə 1 milyard dollar qazanan Soros, “İngilis banklarını talan edən adam” olaraq adlanmağa başlanmışdır. Eyni zamanda günümüzdə yaşanan bir çox hadisənin arxasındakı ad olaraq görülür.

Geniş miqyaslı iqtisadi tendensiyaların, istiqraz və valyutalarda gedən oyunların imtina edilməz adıdır. İqtisadi bazarın gedişatına dair böyük bəhslərə girməsi ilə məşhurdur.

Əvvəllər Quantum Fund adıyla tanınan, daha sonra “Soros Fon İdarəsi” adını alan bu şəxs “Hedge fon” şirkətini qurmuşdur. 20 illik investor həyatında aqressiv bir siyasət izləmişdir.

Fondu ildə 30%-dən çox gəlir əldə etmiş, hətta iki dəfə 100%-dən çox illik gəlir topladığı bilinir.

 “Omaha kahini” olaraq xatırlanan Buffett, bazarın ən xoşagəlimli insanlarındandır. Sərvəti öz əziyyətindən qaynaqlanır və dünyanın ən varlıları sıralamasında ilk beşlikdə yer alır. Tarixdəki ən uğurlu investorlardan olan Buffett, Benjamin Grahamın prinsiplərini izləmişdir. Berkshire Hathaway vasitəçiliyi ilə hissə və şirkət almış, bununla milyon dollar sərvət əldə etmişdir. Sərvətinin 99% -ni ianə etməyə söz vermişdir. Sadəcə investorlar üçün deyil, hər kəsə pul idarəsi mövzusunda tövsiyələr vermişdir.

John Bogle, Vanguardın qurucusudur. Vanguard, dünyanın ən böyük ikinci investisiya fondunun təminatçısıdır. Eyni zamanda ilk indeks fondunu yaradan da Bogledir.

Fərziyyədən uzaq durub, uzun müddətli investisiyanın önəminə hər fürsəttə toxunmuşdur. Bu özəllikləriylə qurduğu şirkəti, onu dünyanın ən böyük və hörmətli fond sponsorlarından biri etmişdir. İstiqraz kralı olaraq tanınan Bill Gross, Pimconun qurucularındandır. 293.000 dollar sərvətiylə bir zamanların ən böyük istiqraz fondunun idarəçisi olmuşdur. İnvestisiya strategiyaları ilə məşhurlaşan Gross, çökmüş Wall Streetdən sonra ABŞ-nın ən təsirli maliyyəçilərindən biridir. Yeni investorlara yönəlmiş tövsiyələriylə də diqqət çəkən Gross, “ilk öncə özünüzü tanımanız lazımdır” söyləyir. “Riski öyrənin və nəyə investisiya qoyacağınıza qərar verin”.

Hər təcrübəli investorun bildiyi kimi; öz yolunuzu tutmaq və uzun müddətli işlər görüb gəlir əldə etmək asan bir iş deyil.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın