Maliyyə cərimələri

05.05.2021C&S Group 1695

 

Maliyyə sanksiyaları vergi ödəyicilərinin qaçındığı vəziyyətdir. Bəs təcrübədə bu hal yarandıqda hansı nüanslar nəzərdən qaçırılmamalıdır?

Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda - aparılmış məxaric əməliyyatlarının 50 %-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Burada Vergi Məcəlləsinin 58.3-cü maddəsinin tətbiqi ilə əlaqədar bu Məcəlləsinin 65.2-ci maddəsinin müddəaları ilə nəzərdə tutulan sərəncamın "dondurulma" və ya icra sənədi olan "alınmalı" sərəncamın qoyulmasına diqqət yetirmək lazımdır. Vergi Məcəlləsinin 65.2.1.1-ci maddəsinə görə vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə qoyulmuş sərəncam tarixindən Mülki Məcəllənin 965.2-ci maddəsilə nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldıqda səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 58.3-cü maddəsi ilə nəzərdə tutulan maliyyə sanksiyası tətbiq edilir. Lakin pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam (dondurulma) qoyulduğu halda, bu Məcəllənin 58.3-cü maddəsi tətbiq edilmir.

Belə ki, Vergi Məcəlləsinin 65.2.1.2-ci maddəsinə görə, vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə, kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edildiyi göstərilib.

Bundan əlavə, Məcəllənin 65.2.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir.

M
əsələn, hüquqi şəxsn 2021-ci ilin mart ayı üçün təqdim etdiyi ƏDV bəyannaməsi üzrə 5.000 azn vergi öhdəliyi yaranıb , lakin müəssisə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində vergi borcunu ödəməyib və bunun üçün ona Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, 5 gün müddətində vergi borclarının ödənilməsi barədə bildiriş təqdim edilib. Bildirişdə göstərilən müddət ərzində vergi öhdəliyi yerinə yetirilmədiyi səbəbindən şəxsin bank hesabına sərəncam qoyulub. Sərəncamın qoyulduğu tarixdən Mülki Məcəllənin 965.2-ci maddəsilə nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada 20.000 azn məbləğində kassa məxaric əməliyyatları aparılıb. Bu halda səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən 10.000 azn maliyyə sanksiyası tətbiq edilir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın