Maliyyə - pul vəsaitləri fondlannın bölgüsü, yenidən bölgüsü və istifadəsi ilə əlaqədar yaranan münasibətlər sistemidir. Bu münasibətlər dövlətlə hüquqi və fiziki şəxslər, həmçinin, dövlətlər arasında baş verə bilər.
İqtisadiyyatda maliyyə bazarları dedikdə qiymətli kağızlarla, xüsusən səhm və istiqrazlar, əmtəə ilə, məsələn, qiymətli materiallarla yaxud kənd təsərrüfatı məhsullar və qarşılıqlı əvəz edilən aktivlərlə ticarəti təmin edən mexanizm başa düşülür.
Son illərdə maliyyə bazarları kəmiyyət və keyfıyyətcə sürətlə inkişaf etmiş, bütövlükdə likvidliyi yaxşılaşdırmaq məqsədilə daima innovasiya səviyyəsində olmuşdur.
Müasir durumda maliyyə bazarını bir anlayış kimi müəyyən etmək elə də asan deyil, çünki bir çox hallarda bu məsələ qarışıqlıq yaradır.
Maliyyə bazarlarına maliyyə məhsulunun satışına yardım edən təşkilati struktur kimi (məsələn, fond birjası) baxmaq olar. Bundan əlavə, maliyyə bazarları dedikdə maliyyə məhsullarının satış yeri və ya satıcı ilə alıcıların qarşılıqlı əlaqəsinin bir üsulu başa düşülür. Bu, birja, bilavasitə əlaqə və s. formasında ola bilər.
Maliyyə bazarları daxili və xarici bazarlar formasında mövcud olur və özünə aşağıdakıları cəmləşdirir:
• kapital bazar - səhm və istiqraz bazarını əhatə edir;
• əmtəə birjaları - birja ticarətinin təşkili və tənzimlənməsi yolu ilə topdan bazarı formalaşdıran hüquqi şəxs - hüquqlu təşkilatdır;
• pul bazarı;
• kredit bazarı;
• valyuta bazarı;
• sığorta bazarı;
• törəmə maliyyə alətləri (derovativlər) bazarı. Buraya fyu-çers və forvard əqdləri bazarı aiddir.
Kapitalın bir neçə müəyyənliyi mövcuddur. Kapital dedikdə ya onun hər hansı biznes və obyektə investisiyalaşması yolu ilə gəlir gətirmək qabiliyyəti olan pul vəsaiti və ya əmtəə başa düşülür. Biznesin xüsusi dəyərini, onun aktivinin passivini nə qədər üstələdiyini də kapital adlandırmaq olar. Nəhayət, pul, mülkiyyət və digər qiymətlilər birgə fərdlərin və ya biznesin sərvətini təşkil edir.
Hər şeydən əvvəl kapital biznesin inkişafı üçün cəlb edilən maliyyədir. Kapital gələcəkdə digər əmtəəni istehsal etmək qabiliyyəti olan əmtəəyə investisiyanı ifadə edir. Klassik iqtisad elmində kapital istehsalın üç amilindən biridir. Onun digər tərkib hissələri isə torpaq və iş qüvvəsidir.
Kapital digər əmtəələrin istehsalı üçün istifadə edilə bilər. Bu onu istehsalın amilinə çevirir və kapital yaradılmalıdır. Bununla da o, məsələn, torpaq və təbii resurslardan fərqlənir. Göstərilən təsnifati fərqlər cüzi dəyişikliklərlə yeni klassik elmdə də qalmaqda davam edir. Bununla yanaşı burada yeni təsəvvürlər də meydana gəlmişdir. Artıq kapita resursların özünəməxsus ehtiyatları kimi nəzərdən keçirilməyə başlamışdır. Beləliklə, onu müəyyən tarixi vəziyyətinə görə qiymətləndirmək olar. Müəyyən dövr müddətinə kapitalın hərəkətinə yığılmış resurslann artımına yardım edən investisiya kimi baxılır.
İlk dövrlərdə kapitalın nümayişi qismində çox hallarda fiziki predmetlər şəklində, məsələn, istehsalda istifadə edilən avadanlıq, bina, nəqliyyat vasitəsi və s. təqdim edilirdi. 1960-cı ildən başlayaraq təsəvvür xeyli genişlənməyə başladı. Belə ki, investisiyaya vərdiş və təhsilin inkişafında insan kapitalının və ya bilik kapitalının yaradıcısı kimi baxılır. İntellektual mülkiyyətə, investisiyaya intellektual kapitalın inkişafı qismində baxılması qəbul edilmişdir. İnsanın inkişaf nəzəriyyəsi, insan kapitalını sosial, təqlid edilmiş və yaradıcı ünsürləri təşkil edən vahid tam kimi təsvir edir.
Sosial kapital - iqtisadiyyatda fərdlər arasında etimad münasibətlərinin sıralanmış struktumdur.
Fərdi kapital - insana məxsusdur və cəmiyyət tərəfındən qorunur, bazarda əmək qismində pulla təklif edilir. Konseptual olaraq bu kimi anlayışlara - istedad, ixtiraçılıq, liderlik, ixtisas, ustalıq və s. yaxındır ki, göstərilən keyfıyyətlərin hər birinin kombinasiyası yolu ilə təkrar istehsal etmək qeyri-mümkündür. Ənənəvi iqtisadi təhlildə fərdi kapital iş qüvvəsi adlandırılır.
Iqtisadiyyatda kapitalın aşağıdakı təsnifatına da rast gəlinir:
Maliyyə kapitalı - bu, hüquqi şəxslərin sərəncamında olan likvidliyin müxtəlif dərəcəli öhdəliyini ifadə edir. Maliyyə bazarında müxtəlif formalı aktivlər satılır;
Təbii kapital - ətraf mühitin vəziyyəti ilə əlaqədardır, insanlar tərəfındən həyatın saxlanılması üçün qorunur;
İnfrastruktur kapital - insanların həyat fəaliyyətinin qorunması sistemidir. Məsələn, yollann salınması və s. infrastruktur kapitalı obyektlərin tikintisi və quraşdırılması nəticəsində yaradılır.
Bütövlükdə maliyyə sferasında maliyyə bazarının başlıca vəzifəsi aşağıdakılardan ibarətdir:
• kapitalın cəlb edilməsi (kapital bazarında);
• riskin köçürülməsi (derivativlər bazarında);
• beynəlxalq ticarətin təmin edilməsi (valyuta bazarında).
Maliyyə bazarları, kapitalın əldə edilməsində maraqlı olanlar ilə (borcalan) və kapitala malik olanların (kreditorlar) görüşməsi üçün istifadə edilir.
Kapital qaytarmaq öhdəliyi, borcalan tərəfındən kreditora verilən qəbzlə qaydaya salınır. Bu kimi qəbz qiymətli kağızlardan ibarətdir ki, onları da bazarda sərbəst şəkildə almaq və satmaq mümkündür.
Bütövlükdə maliyyə bazarları aşağıdakıları ifadə edə bilər:
• maliyyə məhsullarının satışına yardım edən təşkilat və idarələri. Belə ki, fond birjası səhmlərinin, istiqrazların və s. satışını təmin edir;
• maliyyə məhsullarının satışı üçün satıcı ilə alıcıların əlaqələndirilməsi, məsələn, səhm satıcı ilə alıcı arasında müxtəlif yollarla, birjada bilavasitə alıcı ilə satıcı arasında və s.
Maliyyə bazarları milli və beynəlxalq bazar kimi təsnifləşdirilə bilər. Maliyyə bazarının əsas tərkib hissələrindən olan kapital bazarı özünə aşağıdakılan daxil edir:
• səhm bazarı - adi səhm bııraxmaq yolu ilə şirkətin layihələrinin maliyyələşdirilməsini təmin edir və onunla ticarət etməyə imkan verir;
• istiqraz bazarı – istiqraz buraxmaq yolu ilə şirkətin layihələrinin maliyyələşdirilməsini təmin edir və onunla ticarət etməyə imkan verir;
• əmtəə bazarı - əmtəələrlə ticarəti təmin edir;
• pul bazarı - qısamüddətli borc maliyyələşdirilməsini və investisiyanı təmin
edir;
• derivativlər (törəmə maliyyə alətləri) bazarı - maliyyə risklərinin idarə edilməsinin alətlərini təmin edir;
• fyuçers bazarı - gələcək tarixdə əmtəə ticarəti üçün standartlaşdırılmış forvard bağlaşmalarını təmin edir;
• sığorta bazarı - müxtəlif risklərin yenidən bölüşdürülməsini təmin edir;
• valyuta bazarı - xarici valyuta ilə ticarəti təmin edir.
Kapital bazarı elə qiymətli kağızlar bazarıdır ki, burada şirkətlər və dövlət uzunmüddətli resursları cəlb edə bilir.
Kapital bazarı özünə birinci və ikinci bazarları daxil edir. Yeni (ilk dəfə buraxılan) qiymətli kağızlar birinci bazarda alınır və satılır. İkinci bazar qiymətli kağızlara olan investisiyalara onları satmağa və ya əvvəllərdə buraxılmış qiymətli kağızlan almağa imkan verir.
Keçən əsrin 80-ci və 90-cı illərində maliyyə bazarının sürətlə inkişaf edən sektoru törəmə maliyyə məhsullarının və ya qısaca desək, derivativlərin ticarəti olmuşdur.
Derivativlər - maliyyə müqaviləsidir. Onun icrasının nəticəsi müəyyən dövr ərzində aktivlərin əməliyyatlarının səmərəliliyinin, faiz dərəcəsinin, valyuta məzənnəsinin və indeksinin dəyişilməsindən asılı olur. Göstərilən nəticə eyni vaxtda həm ödəniş məbləği, həm də ödəniş vaxtı kimi müəyyən edilir. Həmin ödəniş nağd və derivativlərin əsasında duran aktivlərin təqdimi ilə ola bilər.
Azərbaycan qanunvericiliyinə uyğun olaraq əksəriyyət törəmə maliyyə alətləri qiymətli kağızlar hesab edilmir (emitentin opsionu müstəsnalıq təşkil edir). Lakin, iqtisadiyyatda törəmə qiymətli kağızlar anlayışına rast gəlinir. Bu anlayış altında qiy- mətli kağızlara əsaslanan (istiqraza forvard əqdi, səhmə opsion və depozitar qəbzi) alətlər başa düşülür.
Törəmə alətlərinin əlamətləri aşağıdakılardır:
• törəmə maliyyə alətləri digər maliyyə alətlərində, о cümlədən, valyuta, qiymətli kağızlarda əsaslandırılır;
• bir qayda olaraq derivativlər baza aktivlərinin alqı-satqı məqsədi üçün deyil, qiymət fərqindən gəlir əldə etmək məqsədilə istifadə edilir;
• derivativlər yüksək inkişaf etmiş iqtisadi nəzəriyyə əsasında yaradılır;
• törəmə maliyyə alətləri bazarı birbaşa qiymətli kağızlar bazarı ilə əlaqədardır. Bu bazarlar eyni prinsiplər əsasında qurulur, burada qiymətin əmələ gəlməsi bir qanun üzrə baş verir, eyni iştirakçılar ticarət edir.
Derivativlər bazarı törəmə alətlər üçün maliyyə bazarıdır. Bazar iki sektordan: birja və qeyri-birja törəmə maliyyə alətləri sektorundan ibarətdir. Bazarın bir çox iştirakçıları onun hər iki sektorunda fəaliyyət göstərməsinə baxmayaraq bu məhsulların hüquqi əsasları və habelə onlarla ticarət metodları fərqlidir.