Konsanltinqin faydaları

08.02.2021C&S Group 1527

 

Azərbaycan öz siyasi, iqtisadi, sosial vəziyyətinə görə regionda liderlik edən ölkələrdən birinə çevrilmişdir. Qeyri neft sektorunun inkişafı istiqamətində atılmış addımlar milli iqtisadiyyatımızın şaxələndirilməsinə böyük təkan vermişdir.

Sahibkarlıq fəaliyyəti, şübhəsiz, ölkə iqtisadiyyatının ən vacib yönlərindən biridir. Respublikamızda sahibkarlıq fəaliyyətinin sürətlə inkişafı dövlətin sahibkarlığa, iş adamlarına diqqət və qayğı göstəricisi kimi qiymətləndirilə bilər. Təsadüfi deyilki, bu gün Azərbaycanda sahibkarlıq fəaliyyətinin əhatə dairəsi genişlənərək özünün yüksək inkişaf mərhələsinə çatmışdır. Bu fəaliyyətin inkişafına nəzər salsaq 2 mərhələnin şahidi olarıq:
- müasir avropa praktikasının ölkəmizə gətirilməsi, ilkin mərhələlərdə istehsal sektorunda sahibkarlıq subyektlərinin artması və müasir istehsal avadanlıqlarının istehsala tətbiq olunması dövrü. Bir çox qabaqcıl şirkətlərin formalaşması, istehsalının gücləndirilmsi dövrü artıq başa çatmaqdadır.

-bu gün isə qlobal iqtisadi şərait daha fərqli bir modelin sahibkarlığa tətbiqinə zəruri edir. Bu fəaliyyətin optimallaşdırıması modelidir. Fəaliyyətin optimallaşdırılması dedikdə bir şirkətin fəaliyyətində zəruri ola biləcək maliyyə, hüquq, insan resurslarının idarəedilməsi kimi inzibati işlərin ofis daxilində deyil, məhz, kənar təşkilatların xidmətlərindən istifadə etməklə həyata keçirilməsi kimi fəaliyyət planları nəzərdə tutulur. Müasir menecmentde autsorsinq kimi adlandırılan bu xidmət modeli bu gün dünyanın inkişaf etmiş ölkələrində geniş tətbiq olunur. Bu gün autsorsinqdən istifadə, yaranmış iqtisadi böhranda xərclərə qənaət etməklə əldə edəcəyiniz ən böyük qazanc ola bilər.

Şirkətimiz -“C&S Group” , artıq 9 ildir ki, Azərbaycan bazarında konsaltinq fəaliyyətini uğurla davam etdirərək həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərir. Maliyyə-mühasibat, insan resurslarının idarə olunması, hüquq kimi xidmətləri öz müştərilərinə təqdim edən şirkətimiz bu illər ərzində bir çox uğurlara imza atmışdır. Məlumat üçün bildirmək lazımdır ki, konsaltinq, şirkət fəaliyytində zəruri olan funksiyaların bu funksiyaların icrası istiqamətində daha çox ixtisaslaşmış kənar təşkilata həvalə edilməsidir. İndiki iqtisadi şəraitdə bu fəaliyyət müəssisə fəaliyyətinin, xərclərinin optimallaşdırılması baxımından çox vacibdir. Məhz autsoursinq fəaliyyəti nəticəsində fəaliyyətin sağlamlaşdırılması, bürokratik işlərin azaldılması, xərcləri minimuma endirməklə iş performansının artırılması şirkətlərin krizis dövründə öz partnyorlarından qabaq lazımlı imicin yaradılmasına və bazarda öz mövqelərinin möhkəmləndirilməsinə kömək olur.  “C&S Group” tərəfindən bağlanmış məxfilik müqaviləsi ehtimal olunan informasiya yayılamasının qarşısını da almış olur. Şirkət həyata keçirilən işlərə görə tam maddi məsuliyyət daşımaqla öz xidmətlərini müştərilərə təqdim edir. Sadə bir hesablama aparsaq görürürk ki, bir şirkətin maliyyə və ya kadr, hüquq şöbəsinin fəaliyyəti üçün orta aylıq xərc məsrəfi intervalı dəyişəndir, lakin bu qiymətin 50 -60 %-i miqdarında bütün işləri daha keyfiyyətli və səmərəli formada həyata keçirmək də mümükündür. Məhz şirkətimiz tərəfindən qurulmuş səmərəli idarəetmə metodu sayəsində bu gün 100-dən çox daimi müştəri bu şirkətin xidmətlərindən yararlanmaqdadır. Şirkət istifadəyə veridiyi http://www.csgroup.az/ saytı vasitəsilə sizlərə onlayn xidmət də göstərməkdədir. Siz sayata daxil olmaqla şirkətin xidmətləri haqqında geniş məlumat ala bilərsiniz.

Beləliklə yeni iqtisadi şərait, mövcud vəziyyət konsaltinq fəaliyyətinin önəmini daha da artırmaqdadır. Eyni zamanda bu iqtisadiyyatın şaxəli inkişafı ilə də nəticələnməkdədir. Artıq sahibkarlıq subyektləri yalnız istehsal və satış sahsində deyil, eləcə də paralel olaraq digər xidmət sahəsində;  əqli sahibkarlıq modellərinin inkişafı sahəsində də geniş auditoriya qazanmaqda davam edəcəkdir. Təbii ki, uğurlu sahibkarlıq anlayışı üçün sahibkarlıq subyektlərinin bir-birinə verəcəyi dəstək nəticə olaraq bütünlükdə Azərbaycan iqtisadiyyatının inkişafına verilmiş dəstək kimi milli iqtisadiyyatımızda öz əksini tapacaqdır.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın