Konsaltinq xidmətləri

22.12.2020C&S Group 1581

 

Konsaltinq biznesində müştəri portfoliosunu necə yaratmaq olar?

20 il qabaq bir məhsul və ya xidmət  ilə bağlı probleminiz yaransaydı nə edərdiniz?

Əlbəttə, ilk öncə kömək ola bilmələri üçün gərəkli sahənin peşəkar komandası ilə əlaqə saxlayardınız.

İndiki dövrümüzdə isə bu formada problem yarandıqda və ya xidmətdən narazı olduğunuzu bildirmək üçün “online” şəkildə qarşı tərəflə əlaqəyə keçirilir. İnternet, hazırki dövrün məsafədən iş rejimi müəssisələrin müştərilər ilə əlaqə vasitəsini dəyişdirdi.

İstehlakçıların brendlərlə interaktiv əlaqələr qurmağın yeni yolları təmin edilir və bu, iş dünyasında da gözləntiləri dəyişdirir. Hazırda brendlərin ətrafı yüksək səviyyədə “online” əlaqə təmin edən qurumlarla əhatələnib. Bu isə məsləhət xidmətinin daha aktiv olması və müəssisənizin bu xidmət sahəsinin avantajından yararlanaraq büdcə artırmağa nail olması deməkdir.

Xidmətlərinizin inkişafında sizin yaratdığınız müştəri portfoliosu və onlarında olduğu qurumlar, dərnəklər əsas yer alır ki, burda önəmli cəhət biznes sahiblərinin keçirilən birgə dərnək və ya iclaslarda qarşılıqlı fikir mübadiləsi aparmasıdır.

Məqaləmizin sonunda necə bir topluluq qurmaq lazım olacağını və bu cəmiyyətin konsaltinq biznesinizin də böyüməsini təmin edəcəyini anlayacaqsınız.

Qeyd etdiyimiz topluluq nədir?

Hər bir topluluq düşüncə şəbəkəsidir. Cəmiyyət nə qədər böyükdürsə, bir o qədər təcrübə və düşüncə var deməkdir. Yaratdığınız topluluqları fərqli platformalarda yerləşdirə bilərsiniz:

-facebook qrupları;

-linkedin qrupları;

-forumlar və s.

Bu formada yaradılan topluluqların faydalarından yararlana bilərsiniz:

-təşkilatınızın nüfuzunu və bağlılığını artırın;

-müştəri xidmətlərində yaranan problemləri azaldın;

-siz və müştəriləriniz arasında güclü və qalıcı bir münasibət yaradın.

Unutmayaq ki , bir müəssisə yaratmaq asandır, ancaq bir biznesi sıfırdan inşa etmək çətindir. Təsəvvür edin ki, küçədə yemək yeyəcək bir restoran axtarırsınız. Gördüyünüz ilk restoran maraq doğurur, lakin demək olar ki, boşdur. İçəridə bir neçə nəfər var amma səs yoxdur. Gördüyünüz ikinci restoranda isə musiqi səsi gəlir, insanlarla doludur və girişdə gözləyən bir sıra var. Yaratdığı səs-küy sayəsində yaxşı olduğunu hiss edirsiniz. Növbədə gözləməyə və orada yemək yeməyə qərar verirsiz.

Eyni hal sizin yaratdığınız cəmiyyətə də aiddir. İçərisində insanlar varsa, digər insanların qoşulma ehtimalı daha yüksəkdir.  Ancaq hər icma 1 üzvdən başlayır - sən. Beləliklə, cəmiyyətinizi necə qurmağa lap əvvəldən başlayacağınıza dair əyani bir nümunəyə nəzər salaq.

 Cəmiyyətinizi vizuallaşdırmağın və qurmağın ən yaxşı yollarından biri  Jono Baco`nun “İcma İştirakçılığı Modeli”ndən istifadə etməkdir. Model, 1-6 rəqəmlərini göstərir - üzvlərinizi cəmiyyətinizə yönəltmək üçün verdiyiniz marketinq addımlarını nümayiş etdirir. Daha sonra icma üzvlərindən ibarət 3 paket göstərilir:

-birici paket yeni olaraq qeyd olunur: bunlar, yeni, təsadüfi üzvlərinizdir. Hərdən aktivdirlər, ancaq hələ cəmiyyətinizə əsas köməkçi deyillər;

-ikinci paket sizin daimi üzvlərinizdir; tez-tez müştəri göndərirlər və cəmiyyətinizə kömək edirlər;

-sonuncu paket isə əsas üzvlərinizdir: gündəlik sizin biznes haqqında mesajlar göndərir, fikir mübadiləsində olur və sizin cəmiyyətin artımı üçün həqiqətən səy göstərirlər. Onları işə cəlb etmək və əsas komanda üzvləri kimi davranmaq sizə yararlı olacaqdır.

Bu yöndə insanları irəli aparmaq üçün təqdim etdiyiniz təşviqlər, mükafatlar və imkanlarda əsas rol oynayır. Beləliklə, cəmiyyətinizin bir yeni üzvünü əsas üzvlərin sırasına çəkmək əlinizdədir.

Bu işi asanlaşdırdığınızdan əmin olmağın ən yaxşı yolu isə onu sistemləşdirməkdir. Bir nəfərin yeni bir üzv olmaqdan, adi bir üzvlüyə və nəhayət, əsas bir üzv olma yolunu düşünün. Müzakirə etmək üçün onlara hansı təşviqləri təklif edəcəksiniz? Onlara cəmiyyətlə əlaqə qurmaq üçün hansı mükafatlar təklif edəcəksiniz? Onlara müntəzəm, tez-tez üzv olmaq istədikləri üçün hansı fürsətlər təklif edəcəksiniz?

“İcma iştirakçı modeli”ndən istifadə edərək cəmiyyətinizi qurmaq və böyütmək üçün düz bir yolunuz olacaq.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın