Konsaltinq şirkətlərinin xidmətləri

12.04.2021C&S Group 255

 

Konsaltinq şirkətləri, adətən, məsləhət xidmətləri göstərən şirkətlərdir. Azərbaycanda konsaltinq şirkətləri müxtəlif xarakterli məsləhətlər həyata keçirirlər. Əsasən, bu xidmətlərə vergi konsaltinq, mühasibatlıq xidmətləri, mühasibat uçotunun təşkili xidmətləri, hüquq konsaltinq,  biznes konsaltinqi, texniki təhlükəsizlik üzrə konsaltinq xidmətləri və digər xidmətlər aid edilə bilər.

 

Spesifik bilik tələb edən mövzular sahəsində kənar şirkətlərdən məsləhətlərin alınması bir sıra hallarda şirkətlərin daxili qaydalarının tələbi, digər hallarda praktiki zərurətlə bağlı ola bilər.

 

Konsaltinq xidmətlərini göstərən şirkətlər onlara müraciət edən müştərilərinə formalaşmış təcrübə və xüsusi bilikləri əsasında məsləhət və tövsiyələrini verirlər. Bununla belə, konsaltinq şirkətləri ilə bağlanılan müqavilələrdə aşağıdakı məqamların nəzərə alınmasını tövsiyə edirik:

-          göstəriləcək konsaltinq xidmətlərinin dəqiq dairəsi;

-          xidmətlərə daxil olmayan məsələlər;

-          konsaltinq şirkətinin təminat verdiyi nəticələr;

-          konsaltinq şirkətinin məsuliyyəti – qəsdən və ya kobud ehtiyatsızlıqdan verilmiş yanlış məsləhətin hüquqi nəticəsi;

-          konsaltinq xidmətlərinin göstərilməsinə cəlb ediləcək şəxslərə dair tələblər və ya onların siyahısının müəyyən olunması;

-          xidmətlərin göstərilmə müddəti;

-          konsaltinq şirkətindən tələb edilən peşəkar məsuliyyət sığortası;

-          digər ümumi müqavilə şərtləri.

 

Konsaltinq şirkətlərinin əsas müqavilə öhdəliyi mövzu üzrə məsləhətin verilməsi olduğundan, praktikada hər hansı nəticənin baş verməsinə təminatın alınması dəqiqləşdirilməlidir. Verilmiş məsləhətin yanlış çıxması nəticəsində baş verəcək zərərlər praktikada əsasən, peşəkar məsuliyyət sığortası əldə edilməklə aradan qaldırılır. Bu zaman konsaltinq şirkətinin peşəkar məsuliyyətinin həddinin və sığorta hadisəsinin ətraflı izahının müqavilədə əks etdirilməsi tövsiyə edilir. Bu və oxşar səbəblərdən konsaltinq şirkətlərinin seçimində və onlarla müqavilələrin bağlanılmasında hüquqi dəstəyin alınması tövsiyə olunur.

 

C&S Group” şirkəti Azərbaycanda fəaliyyət göstərən konsaltinq şirkətlərindən biri kimi aşağıdakı məsələlərdə sizə dəstək verməyə hazırdır:

-          mühasibatlıq xidmətləri və mühasibat uçotunun təşkili;

-          hüquqi məsləhətlər və hüquqi təmsilçilik;

-          biznesin təşkili zamanı hüquqi və vergi planlaması;

-          vergi konsaltinqi və mübahisələrin həllində kömək;

-          mühasibatlıq və vergi konsaltinqi sahəsində digər tələb edilən xidmətlər;

-          sənədləşmə və ümumi kadr uçotunun təşkili.

 

Azərbaycan bazarında geniş təcrübəyə malik şirkət olaraq qeyd edilən sahədə xidmətlərinizi bizə həvalə edə bilərsiniz:

Telefon: 055 245 15 15

Email: office@csgroup.az

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın