Konsaltinq şirkətləri və onların xidmətləri

16.01.2023C&S Group 1865

 

Azərbaycanda konsaltinq şirkətləri müxtəlif xarakterli məsləhətlər həyata keçirirlər. Əsasən, bu xidmətlərə vergi konsaltinqi, mühasibatlıq xidmətləri və mühasibat uçotunun təşkili, hüquq konsaltinqi, biznes konsaltinqi və digər xidmətlər aid edilə bilər.

Spesifik bilik tələb edən mövzular sahəsində kənar şirkətlərdən məsləhətlərin alınması bir sıra hallarda şirkətlərin daxili qaydalarının tələbi, digər hallarda isə praktiki zərurətlə bağlı ola bilər.

Konsaltinq xidmətlərini göstərən şirkətlər göstərdiyi xidmətin nəticəsinə əsasən təminat vermədən formalaşmış təcrübə və xüsusi bilikləri əsasında tövsiyələrini verirlər. Bununla belə, konsaltinq şirkətləri ilə bağlanılan müqavilələrdə bir sıra məqamların nəzərə alınmasını tövsiyə edirik:

-  göstəriləcək konsaltinq xidmətlərinin dəqiq dairəsi;

-  xidmətlərə daxil olmayan məsələlər;

-  konsaltinq şirkətinin təminat verdiyi nəticələr;

-  konsaltinq şirkətinin məsuliyyəti – qəsdən və ya kobud ehtiyatsızlıqdan verilmiş yanlış məsləhətin hüquqi nəticəsi;

-  konsaltinq xidmətlərinin göstərilməsinə cəlb ediləcək şəxslərə dair tələblər və ya onların siyahının (adlarının) dəqiq müəyyən olunması;

-  xidmətlərin göstərilmə müddəti;

-  konsaltinq şirkətindən tələb edilən peşəkar məsuliyyət sığortası;

-  digər ümumi müqavilə şərtləri.

Konsaltinq şirkətlərinin əsas müqavilə öhdəliyi mövzu üzrə məsləhətin verilməsi olduğundan, praktikada hər hansı nəticənin baş verməsinə təminatın alınması dəqiqləşdirilməlidir. Verilmiş məsləhətin yanlış çıxması nəticəsində baş verəcək zərərlər praktikada əsasən, peşəkar məsuliyyət sığortası (professional liability insurance) əldə edilməklə aradan qaldırılır. Bu zaman konsaltinq şirkətinin peşəkar məsuliyyətinin həddinin və sığorta hadisəsinin ətraflı izahının müqavilədə əks etdirilməsi tövsiyə edilir.

Şirkətimiz, Azərbaycanda fəaliyyət göstərən konsaltinq şirkətlərindən biri kimi aşağıdakı məsələlərdə sizə dəstək verməyə hazırdır:

-  hüquq məsləhətləri və hüquqi təmsilçilik;

-  biznesin təşkili zamanı hüquqi və vergi planlaması;

-  vergi konsaltinqi və mübahisələrin həlli;

-  mühasibatlıq xidmətləri və mühasibatlıq uçotunun təşkili;

-  hüquq və vergi konsaltinqi sahəsində digər tələb edilən xidmətlər;

-  kadr uçotu və kargüzarlıq üzrə xidmətlər.

Azərbaycan bazarında geniş təcrübəyə malik şirkət olaraq qeyd edilən sahədə xidmətlərinizi bizə həvalə edə bilərsiniz.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın