Şirkətimiz , qanunvericilik şərtlərinə əsaslanaraq şirkət rəhbərliyinə sağlam və davamlı məlumat ötürülməsini təmin edən uçot sisteminin yaradılmasını təmin etməkdədir. Bu çərçivədə, şirkətlərin fəaliyyət və əməliyyatların qanuni tənzimləmələr çərçivəsində araşdırılması və risk ünsürü meydana gətirən məqamların şirkət rəhbərləri ilə müzakirə edilərək həll təklifləri yaradılması şirkətimiz tərəfindən icra olunur. Göstərilən mühasibat xidmətlərinə aşağıdakılar daxildir:
- aylıq, rüblük və illik hesabatların Vergilər Departamentinə, Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə və digər idarələrə təqdim edilməsi;
- mühasibat uçotunun aparılması;
- uçotun bərpası;
- mühasibat uçotunun dövrü yoxlanışı və rəyin verilməsi;
- maliyyə hesabatları;
- bank hesablarının açılması;
- bankda köçürülmələrin aparılması;
- vergilərə və DSMF - na ödəniləcək vəsaitlərin hesablanması və ödənilməsi;
- VHF (vergi hesab faktura) vaxtında hesablanması;
- VÖEN ( Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) açılması;
- vergidən gələn məktubların cavablandırılması;
- E-qaimə fakturalarının yazılması;
- kassa kitabının və kassa sənədlərinin hazırlanması;
- kassa və maliyyə intizamına riayət olunması;
- kassa aparatının qeydiyyata salınması və qeydiyyatdan çıxarılması;
- nəzarətedici orqanlarla mübahisəli məsələlərin həllində kömək;
- məsləhət xidməti;
-əməliyyatların və ilkin sənədlərin qəbulu, sonrakı təhlili və qeydiyyatı;
- əmək haqqının hesablanması;
- cari mühasibat məsələləri üzrə məsləhət xidmətlərinin təqdim edilməsi.
Şirkətimizin əmək hüququ sahəsində böyük təcrübəyə malik olan və kadr kargüzarlığı sahəsində dərin bilikləri olan mütəxəssisləri şirkətdə kadr uçotunun qurulması üzrə aşağıdakı xidmətləri təklif edir:
-kadr uçotunun AR qanunvericiliyə uyğun təşkili;
-əməkdaşların şəxsi işlərinin yaradılması;
- xəstəlik vərəqəsinin, sosial, əmək məzuniyyətinin rəsmiləşdirilməsi;
- işçilərin sosial sığortası və onların sosial sığorta kartların sifariş edilməsi;
- işçilərin əmək kitabçaların yazılması;
- əmək müqavilələrinin, əmək müqavilələrinə əlavə sazişlərin və vəzifə təlimatlarının işlənib hazırlanması və tərtib edilməsi;
- lokal normativ aktların: daxili əmək intizamı qaydalarının, fərdi məlumatların qorunması haqqında əsasnamənin, əməyin mühafizəsi haqqında əsasnamənin və s. hazırlanması;
- ştat cədvəlinin, məzuniyyətlər qrafikinin tərtib edilməsi;
- şəxsi heyət üzrə əmrlərin tərtib edilməsi (işə qəbul, başqa işə keçirilmə, məzuniyyət, işdən çıxarılma);
- işçilərin EHP (elektron hökümət portalında) rəsmi qeydiyyata alınması;
- kadr sənədləri ilə iş üzrə məsləhətlər;
- şirkətin kargüzarlıq sənədlərinin hazırlanması və.s
Bu xidmət sahəmiz yeni yaradılmış şirkətlər və ya yeni filiallar açan şirkətlər və yaxud kadr kargüzarlığı aparılmayan şikətlər üçün aktualdır.
Qanunvericiliyin daim müasirləşdirilməsi və təkmilləşdirilməsi şəraitində hüquqi normalara riayət etmək və təsərrüfat fəaliyyətini onlara uyğun şəkildə həyata keçirmək kifayət qədər çətindir. Şirkətimiz sizə peşəkar hüquqi xidmətlər sferasında da təkliflər edir:
- hüquqi şəxslərin (şirkətlərin) təsis edilməsi və dövlət qeydiyyatına alınması üzrə xidmətlər;
- hüquqi şəxslərin (xarici hüquqi şəxslərin), onların filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması;
- təsis sənədlərində edilmiş dəyişikliklərin (qanuni təmsilçi, ünvan, təsisçilərin, nizamnamə kapitalındakı payların, hüquqi şəxsin adının və təşkilatı hüquqi formasının dəyişdirilməsi) və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması;
- hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının ləğvi və reyestrdən çıxarılması və s.
- sənədlərin yığılması və qaydaya salınması
- danışıqlar aparılması;
- sənədlər paketlərinin formalaşdırılmasında köməklik;
- alqı satqı müqaviləsi, icarə müqaviləsi, etibarnamələrin və digər sənəd formalarının hazırlanması;
- əmək müqaviləsinin tərəflərinin əsas hüquqları, vəzifələri və əmək münasibətlərinin tənzimlənməsi sahəsində hüquqi xidmətlər;
- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüquqlarının tənzimlənməsi;
- əmək müqavilələrinə xitam verilərkən işçilərin və işəgötürənin hüquqlarının müdafiəsi;
- işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətlərinin müəyyən edilməsinin hüquqi tənzimlənməsi;
- əmək qanunvericiliyinin pozulmasından irəli gələn hüquqi problemlərin həlli və s.
Şirkətlərin qeydiyyatı;
Müəssisələrin qeydiyyatı qanunvericilik bazasının bilinməsini və vaxt tələb edən bir prosedurdur. Şirkətlərin necə qeydiyyatdan keçiriləcəyi, icazələrin alınmasında bizim professional əməkdaşlarımız sizə kömək edəcək. Göstərilən xidmətlərin yüksək keyfiyyəti, hər müştəriyə fərdi yanaşma və operativlik işimizin uğuruna zəmanət verir. Mütəxəssislərimiz şirkət nizamnaməsi, imza nümunələrini, kiçik və ya böyük şirkətin uğurla qeydiyyatdan keçməsi üçün müvafiq orqanlara verilməsi tələb olunan digər zəruri sənədləri hazırlayır.
Fərdi sahibkarın qeydiyyata alınması;
Fərdi sahibkarın qeydiyyata alınmas proseduru zəhmətli və iş adamları üçün vaxt alan bir prosedurdur. Məhz bu səbəbdən biz uyğun şərtlərlə qarşılıqlı səmərəli əməkdaşlıq təklif edirik. Bütün fiziki şəxslərə, o cümlədən müəssisələri müəyyən edilmiş qaydada ləğv edilməmiş şəxslərə əlimizdən gələn köməyi etməyə hazırıq. Biz, qeydiyyat prosedurunu operativ, peşəkarcasına və səmərəli qiymətlərlə həyata keçirəcəyik, siz isə gündəlik məşğuliyyətdən azad olan vaxtınızı biznesinizin inkişafına ayıra biləcəksiniz.
Təsis sənədlərində dəyişikliklərin edilməsi;
Şirkətimizin yüksək hüquqi bilik ehtiyatına malik olan əməkdaşları istənilən mərhələdə fiziki şəxslərə (onların nümayəndələrinə) təsis sənədlərinə aktual dəyişikliklərin edilməsində köməklik göstərməyə hazırdırlar. Müştəridən tələb olunan; onun üçün tərtib edilmiş təsis sənədlərinə dəyişikliklər edilməsi haqqında ərizəni imzalamaq, qalan işləri isə bizim mütəxəssislərimizə həvalə etməkdir.
Müəssisələrin ləğvi;
Yüksək ixtisas səviyyəsinə malik mütəxəssis kadrlarımızın köməyi ilə müəssisənizin ləğvi hüquqi normalara riayət edilməklə həyata keçiriləcək.
Müqavilələrin tərtibatı;
Sizi müqavilələrin və ya digər hüquqi cəhətdən əhəmiyyətli sənədlərin tərtib edilməsi və yoxlanılması maraqlandırırsa, növündən asılı olmayaraq, biz müştəriyə gələcəkdə heç bir problemə səbəb olmayan müqavilə tərtib etməyə yardım edə bilərik. Bizim hüquqşünaslarımız vasitəsilə müştəri müqavilə şərtlərində sözləşmənin bütün xüsusiyyətlərini, tərəflərin öhdəliklərini və hüquqlarını, eləcə də onun yerinə yetirilməsinə əhəmiyyətli dərəcədə təsir edən digər amilləri təsbit edə bilər.
Bundan başqa, mütəxəssisimiz təqdim edilən müqaviləyə dair aşağıdakı işləri aparacaqdır:
- müştəri üçün problemli məqamları aşkar edəcək;
- müştəri üçün həddən artıq əlverişsiz şərtləri göstərəcək (“şərtlərin ağırlıq” dərəcəsini müəyyən edəcək);
- müqavilələrə müştərinin maraqlarına xidmət etməyə imkan yaradan dəyişikliklərin edilməsi üzrə tövsiyələr verəcək;
Yüksək keyfiyyətli və operativ ekspertiza aparıldıqdan sonra müştəri məhz nəyi imzaladığından, hansı şərtlərə razı olduğundan əmin ola bilər. Bu isə gələcəyə əminlik və öz şəxsi maraqlarına xidmət edilməsi deməkdir.