Konsaltinq biznes

06.01.2021C&S Group 1592

 

Konsaltinq biznesinə 6 addında necə başlaya bilərsiniz?

Məqaləmizin sonunda bu sahədə olan bacarıq və təcrübənizi, gəlirli və uğurlu konsaltinq biznesinə necə çevirəcəyinizi öyrənmiş olacaqsınız.

1-ci addım: iş modelinizi seçin;

2-ci addım: ideal müştəri sizin üçün kimlərdir;

3. addım: müştəriləri cəlb edən elektron məktublar üzərində işləyin;

4-cü addım: xidmət təklifinizi hazırlayın;

5-ci addım: marketinq strategiyanızı hazırlayın;

6-ci addım: sahibkarlarla görüşlər keçirin.

Daha sonra iş siyahısı tutun və lazım olduğu təqdirdə işə başlamaq üçün kömək almaqdan çəkinməyin.

Konsaltinq iş modelinizi seçin;

Konsaltinq, professional bir sahədə çalışan insanlara mütəxəssis tövsiyəsi verməkdir.

Məsəslən, məsləhətçi olaraq 10 ildən çox işləmisiz. Marketinq, satış, ödənişlər, təkliflər və bu sahə üzrə mütəxəssislərin elədiyi kimi uzun zaman sərf etmisininiz. Buna görə də insanlara mütəxəssis tövsiyəsi verərək təcrübə qazanmısız. Bu, keçmiş təcrübənizə dayanaraq müəssisələr arası və ya qeyri-kommersiya təşkilatlarına  yardım edəcək təklif və tövsiyələr verə bilərsiniz. İnsanlar və qurumlar,bizneslərində nəticə almaq üçün tövsiyələriniz üçün müəyyən məbləğ ödəniş edəcəklər. Daha çox satış, daha aşağı işçi dövriyyəsi nisbəti, risksiz bir proqram layihəsi, qərar qəbulunda kömək sahibkarlara yardım edən nüanslardır ki, bu siyahı uzana bilər. Ancaq məsləhətçi olaraq işə başlamazdan öncə iş modelinizi seçməniz önəmlidir.

Yeni başlayan bir məsləhətçi olaraq müştərilərinizlə yaxından əməkdaşlıq etmək və layihə işini sonlandırmaq sizin öhdənizə düşəcək. Konsaltinq şirkəti modelində, sadəcə müştərinin layihələri üzərində çalışmır,eyni zamanda firmanın işini aparmaqdan məsuliyyətlisiniz.

İdeal müştəri sizin üçün kimlərdir dəqiqləşdirin;

Bu işdə kimlərə xidmət göstərəcəksiniz? Konsaltinq şirkəti açmazdan əvvəl  cavablayacağınız ən önəmli suallardan biri budur. Qeyd edək ki, bu sual bir çox insanın üzərindən keçdiyi nüansdır. Buna görə də müştəriləri cəlb etmək, xidmətlərini qiymətləndirmək onlar üçün çətin olur. Bu addıma özəlliklə diqqət edib, zaman ayırmaq lazımdır. Unutmayaq ki, ideal müştəri, konsaltinq biznesinizin təməlidir.

Müştəriləri cəlb edən elektron məktublar üzərində işləyin;

Marketinq strategiyanız müştəri ilə danışır. Onları işinizə maraq göstərməyə və daha çox şey öyrənmək istəyinə yönləndirir. Bu addımda “maqnit mesajınızı” necə hazırlayıb ideal müştərinizə təqdimini öyrənəcəksiniz.

Problemlər / Fəaliyyət / Nəticələr;

Məsələn, müştərilərinizin həll etmək istədikləri problemlər var. Məsləhətçi olaraq bu problemləri həll etmək üçün tədbirlər görürsünüz. Bunun nəticəsində təcrübəniz müştəriləriniz üçün nəticələr yaradır. Problemlər, tədbirlər və nəticələr “maqnit mesajın” vacib hissəsidir. Həqiqətən ideal müştərilərinizin diqqətini cəlb etmək istəyirsinizsə, nəticələrə diqqət yetirin. İdeal müştəriniz yalnız tədbirlərə deyil, nəticələrə fikir verir.

Məsələn: “Satış və gəliri artıra bilməsi üçün aşağı səviyyəli satış qrupları ilə şirkətlərə kömək edirəm. 10 illik təcrübəm və 6 addımlıq proqramım, 20-dən çox müştərinin satışlarını 6 ayda ortalama 33% artırmasına kömək etdi.”

Xidmət təklifinizi hazırlayın;

İş modelinizi seçdiniz, ideal müştərinizin kim olduğunu aydınlaşdırdınız və bu ideal müştərini özünüzə cəlb edən mesaj yazdınız. İndi strateji xidmət təklifinizi yaratmalı və qiymətləndirməlisiniz. Xidmət haqqınız,  müştərilərinizin onlarla işləmək və istədikləri nəticəni əldə etmələri üçün ödədikləri məbləğdir. Məsələn, mühasibatlıq proqramının satışı ilə məşğulsunuzsa, sahibkarın pulunu  idarə etməsi üçün işini asanlaşdırırsınız. Əlbəttə, sahibkarı düşündürən məhsul və ya xidmətin nə qədər etibarlı olmasıdır. Nəticə əldə etmək üçün ödəyəcəyi məbləğə dəyərmi? Unutmayın, müştəriləriniz nəticə üçün xidmətinizə pul ödəyirlər.

Bir sıra xarici ölkələrdə yeni başlayanlar “saatlıq metodla” müştəriyə xidmət göstərirlər. İlk bir neçə işiniz üçün bu yaxşı seçim ola bilər. Məsələn, gündəlik işinizdə saatda 80 dollar qazandığınızı deyək. Saatlıq ödənişinizi götürün və digər işləriniz üçün bu qiyməti iki qat artırın. Konsultasiya üçün isə ən az 160 dollar tələb edilir. Yeni bir məsləhətçi olaraq, müştərilərinizlə 40 saatlıq bir həftə çalışmırsınız. Bu metod olmazsa, müştərinizi itirmiş olacaqsınız.

Marketinq strategiyanızı yeniləyin;

Konsaltinq işinizin başlanğıcında ideal müştərinin qapınızı döyərək sizinlə işləmək istəməsini gözləyə bilməzsiniz. Onları siz tapmalısınız. Marketinq mürəkkəb bir mövzudur amma bu addımda ideal müştərilərinizlə əlaqə qurmağa və söhbətlərə başlamağınızı asanlaşdıracağıq.

Marketinqdə nəyə diqqət yetirməlisiniz:

1. Müştərilərinizlə söhbətlərə başlamaq üçün birbaşa özünə müraciət etmək. Məsələn,  təklif etdiklərinizlə maraqlanmaları üçün müştəri ilə müəyyən məzmunu paylaşan birbaşa LinkedIn mesajı və ya e-poçt.

 

2. Onlara birbaşa poçt göndərmək ; maraqlarını çəkəcək iş təklifləri və ya məqalə. Bu, daha çox şey öyrənmək üçün sizinlə əlaqə qurmalarını təmin edəcək.

3. Sizi izləmələri üçün sosial şəbəkə hesablarında məzmunun dərc edilməsi. Məsələn, ideal müştərilərinizə kömək edəcək məqalələr dərc etmək üçün veb saytınızdan istifadə etmək.

Müştərilərlə görüşlər keçirin;

İdeal müştəriləriniz qəbuledicidir. Onlara necə kömək edə biləcəyiniz barədə daha çox şey öyrənmək istəyirlər. Xidmətlərinizlə maraqlanan birini təklifinizə "hə" deməsini gözlədiyiniz andan satış başlayır. Sizinlə müştəri maraqları arasında iş uyğunluğunun olub olmadığını anlamaq üçün işlər, hədəflər və müştərinin qarşılaşdığı çətinlik haqqında üzbəüz bir söhbət keçirmək önəmlidir. Bu söhbət, müştərini qarşılaşdığı problem, məqsədləri və ona nəyin maneə olduğu barədə aydın şəkildə izahlar gətirməyə sövq edir. Mütəxəssisliyiniz bu problemləri həll etməyə və qarşısındakı həmsöhbətinizi istədiyi yerə çatmağa kömək edə bilərsə, o zaman təklifinizi təqdim edin.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın