Şirkətlərin uçotunun həyata keçirilməsində problemli məsələlərdən biri də kadr uçotunun qurulmasıdır. Bir çox şirkətlərdə, xüsusilə, xarici vətəndaşların işlədiyi şirkətlərdə cərimə halları meydana gəlir ki, bu da şirkət rəhbərlərinin kadr uçotunun qurulmasının və aparılmasının zəruriliyini lazımınca qiymətləndirilməməsinin nəticəsidir. Təşkilati-hüquqi mülkiyyət formasından və say tərkibindən asılı olmayaraq, hər bir təşkilatın ayrılmaz hissəsi olan kadr kargüzarlığı düzgün şəkildə həyata keçirilmədən heyətin idarə edilməsi mümkün deyil. İstənilən təşkilatın kadr sənədləri qanunla müəyyən edilmiş qaydada tərtib edilməlidir. Bu sənədlərdən yalnız kadrlar şöbəsinin işində deyil, eyni zamanda əmək haqqının, məzuniyyət pullarının hesablanması üçün mühasibatlıq söbəsinin də bu sənədlərə ehtiyacı olur.
Şirkətdə kadr kargüzarlığının qurulması şirkətin iş spesifikası nəzərə alınmaqla, hər bir işə götürülən əməkdaşın mütləq malik olmalı olduğu kadr sənədləri paketinin işlənib hazırlanması və rəsmiləşdirilməsindən ibarətdir.
Şikətimiz – “C&S Group” MMC kadr uçotun qurulması məsələlərinə dair xidmətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə riayət etməklə icra edir.
Xidmətlərimizə daxildir:
· əmək müqaviləsinin əmək qanunvericiliyinə və müəssisənin fəaliyyətinə uyğun olaraq tərtib edilməsi;
· əmək müqaviləsinin bağlanılması, dəyişiklik edilməsi, xitam verilməsi və əmək müqaviləsi bildirişləri üzrə Elektron İnformasıya Sisteminə daxil edilməsi;
· əmək kitabçalarının açılması və qeydiyyatının aparılması;
· əmrlərin hazırlanması və qeydiyyatının aparılması;
· məzuniyyət hüququnun (əmək, təhsil, yaradıcılıq, sosial, ödənişsiz məzuniyyətlər) həyata keçirilməsinin tənzimlənməsi;
· müəssisə üçün müvafiq ştat cədvəlinin hazırlanması;
· əmək funksiyası üzrə vəzifə təlimatının hazırlanması;
· maddi məsuliyyət haqqında müqavilənin hazırlanması;
· növbəli iş rejiminə dair qrafiklərin tərtib edilməsi;
· xidməti müqavilələrin hazırlanması və s.