Kadr işinin təşkili

29.01.2024C&S Group 1039

 

Təşkilati-hüquqi mülkiyyət formasından və say tərkibindən asılı olmayaraq, hər bir təşkilatın ayrılmaz hissəsi olan kadr işinin təşkili düzgün şəkildə qurulmadıqda heyətin idarə edilməsi mümkün deyil. İstənilən təşkilatın kadr sənədləri qanunla müəyyən edilmiş qaydada tərtib edilməlidir. Onlardan yalnız kadrlar şöbəsinin və ya heyətlə iş üzrə xidmətin işində istifadə olunmur, əmək haqqının, pul mükafatlarının, məzuniyyət pullarının hesablanması üçün mühasibat işçilərinin də bu sənədlərə ehtiyacı var.

Kadr sənədlərinin təşkilinə aiddir:

-işə qəbul, işdən çıxma, başqa işə keçirilmə, məzuniyyət, ezamiyyə və digər əmrlərin müəssisə tərəfindən sənədləşdirilməsi;

-əmək kitabçalarının qeydiyyatı uçotunun hazırlanması;

-vəzifə təlimatlarının hazırlanması;

-işəgötürənin və işçinin razılığı ilə əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi, əlavə və dəyişikliklərin edilməsi və ya protokolun hazırlanması;

-əmək müqaviləsinə xitam verilməsi (onun əsasları göstərilməklə) və xitam verilərkən işçilərin təminatları;

-işdən çıxış zamanı namizədlə müsahibədən sonra müvafiq qeydlərin aparılması;

-işçilərin məzuniyyət hüquqları və onların təmin edilməsi (əmək, təhsil, yaradacılıq, sosial, ödənişsiz məzuniyyətlər);

-məzuniyyət, xəstəlik və ezamiyyə vərəqlərinin hazırlanması, eləcə də uçotunun aparılması;

-işçilərin sosial sığorta olunmasının təmini;

-əmək şəraiti zərərli olan işlərdə çalışan işçilərin hüquqlarının təmin edilməsi;

-işçilərə arayışların, xasiyyətnamələrin hazırlanması;

-istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri səbəbindən işçilərin  icbari sığorta ilə təmin edilməsi;

-zəruri hallarda işçilərin və onların ailə üzvlərinin tibbi sığorta ilə təmin edilməsi;

-bütün statistik hesabatların tərtib edilməsi və Dövlət Məşğulluq Xidmətinə təqdim edilməsi;

-müəssisə üçün aylıq əmək haqlarının hesablanması;

-işçilərə xəstəliyə, hamiləliyə və doğuma, işdən ixtisar olunmaya, hərbi xidmətə çağırılmaya, uşağın anadan olmasına görə birdəfəlik müavinətin, uşağın üç yaşı tamam  olanadək ona qulluq etməyə görə və digər müavinətlərin hesablanması;

-son haqq hesabların hazırlanması;

-müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi;

-işəgötürən və ya işçinin təqsiri üzündən boşdayanma zamanı işçinin hüquqlarının təmin edilməsi.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın