İşsizlik

09.10.2020C&S Group 2281

İşsizlik kəliməsi hər kəsin daxili dünyasını bədbinləşdirir. 

İşsizlik kəliməsini ən qısa tərzdə ifadə etsək; “ işləmək istəyən insanların iş tapa bilməməsi halıdır” deyə bilərik. Bu, əlbəttə ki, həm iqtisadi, həm də sosioloji yöndən müsbət hal deyil. Psixoloji təsirlərini isə bəlkə öz təcrübənizdən, bəlkə də media üzərində yayılan xəbərlərdən izləyə bilirik.

Qeyd edilməlidir ki, işsiz birinin bir müddət sonra sosial həyatı bitir. İstəklərini qarşılayacaq və ya həyatını təmin edən maddiyyatı tapa bilmir. Bir sözlə, bu hal onun öz iqtisadiyyatından ölkə iqtisadiyyatına qədər geniş bir dairəyə təsir edir.

İşsizlik, aşağı iqtisadi səmərəlilik olub, yüksək iqtisadi sıxıntıya işarət edir.  Ancaq birinin işsiz sayılması üçün aktiv bir iş gücünə sahib olması, könüllü şəkildə iş axtarması lazımdır.

İşsizliyin növləri;

İşsizlik bir neçə növə bölünür. Məsələn; fərdi şəxslərin iradəsinə görə iki növ işsizlik var: könüllü və qeyri-könüllü. Könüllü işsizlik: cari aldığı əmək haqqından daha yüksək əmək haqqı və daha yaxşı şərtlərdə iş axtaran insanların yaratdığı işsizlikdir. Qeyri-könüllü işsizlik: mövcud əmək haqqı səviyyəsində işləməyə hazır olmasına baxmayaraq iş tapa bilməməkdir.

Bəzi qaynaqlar isə işsizliyi açıq və gizli olaraq ikiyə bölür. Açıq işsizlik; müvəqqəti, struktur, teknoloji, dövri və mövsümi olaraq gerçəkləşir. Bu növlər bu şəkildə müəyyən edilir:

Müvəqqəti işsizlik: məzun olanların, yaşayıq yeri və ixtisas dəyişdirənlərin iş tapma müddəti ərzindəki işsizlikdir.

Struktur işsizlik: insanların texnoloji yeniliklər nəticəsində inkişaf edən peşələrinə adaptasiya olmaması nəticəsində yaranır. Bu növ, işsizlik dərəcəsinin uzun zaman davamlı olmasına səbəb olub, qalıcılığı ilə xarakterizə edilir.

Teknoloji işsizlik: teknologiyada yaranan inkişafın nəticəsidir. Daha çox teknologiya, daha az insan əməyi deməkdir.

Dövri işsizlik: iqtisadi tənəzzül nəticəsindəə olan tələblərin azalması ilə ortaya çıxır. Azalan tələb ilə işçilər işdən çıxarılmağa başlanılır və ümumi  aşağı ixtisas sahiblərinin işdən çıxarılması özünü daha çox göstərir.

Mövsümi işsizlik; mövsüm dəyişikliklərinə bağlı yaranır. Bütün il ərzində bəlli bir dönəmdə çalışmaq üçün qəbul olunan işçilərin siyahısıdır. Qış aylarında azalan inşaat və əkinçilik buna örnək ola bilər.

Gizli işsizlik: istehsal prosesində iştirak edən, lakin istehsala töhfə verməyən insanların yaratdığı işsizlikdir. Buna aşağı məhsuldarlıq ilə işləyən insanlar səbəb olur.

 

İşsizliyin növlərini nəzərdən keçirərkən onun səbəbləri haqqında azda olsa məlumatlanmış oldunuz. Bir çox ölkələrdə yaranan işsizlik səbəbləri haqqında araşdırmalara  diqqət edəndə bir neçə nüans diqqət çəkir;

·         yetərsiz təhsil sistemi;

·         məzun sayının çoxluğu;

·         vcud iqtisadi krizis;

·         əsgərlik dövrü, təcrübə ilə başlayan işə qəbul qaydaları;

·         iş yeri sayının yetərsizliyi;

·         xarici vətəndaş nümayəndələrinin işçi kimi qəbulu.

 

Mütəxəssislər, bir çox şirkətin keyfiyyətdən daha çox maddiyyatı önəmsədiyini bildirir. Bu səbəbdən qərb ölkələrində 5-6 insanın icra etdiyi işin, maddiyyata önəm verən şirkətlərdə maksimum 3 insanın icra etdiyinə diqqət çəkilir. Maliyyəyə üstünlük verən şirkətlərdə işçilərin məhsuldarlığı azalır, bu, həm də şirkətin böyüməsinə kifayət qədər töhfə vermir.

Mütəxəssislər tərəfindən həll edilən başqa bir məsələ isə ciddi qaydalarla əlaqədardır. Vergi yükü şirkətlərin istər-istəməz könülsüz işçi qəbulna səbəb olur.

Qadınlar arasında işsizliyin səbəbi, 2008-ci ildən sonra işçi qüvvəsinin artması ilə əlaqələndirilir. 20-ci yüz illiyin ikinci yarısında ümumi dünya üzərində qadınların işləməyə başlaması surətlənmişdir.

İqtisadi krizislər ilə artan işsizliyin, bərpa dövründən sonra davam etdiyi söylənilir. Eyni zamanda işsizliyin əsas səbəblərindən birinin artan gənc nəslin olduğu deyilir.

İşsizlik ilə bağlı hesablamalar;

İşsizlik ilə bağlı bir neçə fərqli hesablama aparılır. Onlarla əlaqəli düsturlari sizə təqdim edirik:

·         işsizlik dərəcəsi = işsizlərin sayı / işçi qüvvəsi * 100

·         İş qüvvəsinə qatılım dərəcəsi = işçi qüvvəsi / aktif əhali * 100

·         məşğulluq dərəcəsi = işçilər / aktif əhali * 100

·         asılılıq dərəcəsi = işsizlərin sayı / aktif əhali * 100

 

Buda aktif əhali olaraq müəyyən edilmiş dəyər, 15 65 yaş arası insanlardır.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın