İnventarizasiya

20.05.2020C&S Group 3442

 

 

Müəssisə mühasibat uçotu və hesabatının düzgünlüyünü təsdiq etmək üçün dövri olaraq öz əmlakının, öhdəliyinin, hesablaşmalarının, kapitalının və s. maddi sərvətlərinin, ümumiyyətlə, balansın bütün aktiv və passiv maddələrinin inventarizasiyasını aparmalıdır.

 

Təcrübədə bir neçə növ inventarizasiya mövcuddur:

-     

       - qismən inventarizasiya hər bir obyekt üçün ildə bir dəfə aparilir; bu cür inventarizasiya (yoxlama) yüksək daxili təşkilati səviyyə tələb etməyən və bir qayda olaraq istehsal prosesinə maneçilik törətməyən ən etibarlı üsuldur;

-     - dövri inventarizasiya əmlakın növ və xarakterindən asılı olaraq konkret bir vaxtda aparılır;

-     - tam inventarizasiya təşkilatın bütün əmlakının yoxlanması deməkdir. Bu cür inventarizasiya illik hesabatı tərtib etməzdən əvvəl  ilin sonunda, həmçinin maliyyə və istintaq orqanlarının tələbi ilə tam sənədli təftiş zamanı aparılır;

-     - seçmə inventarizasiya ayrı-ayrı istehsal sahələrində yaxud maddi məsul şəxslərin yoxlanması, məsələn, kassada olan nağd pul vəsaitinin mövcudluğunun yoxlanması, müxtəlif növ materialların qalığının çıxarılması zamanı aparılır.

Hesabat ilində inventarizasiyanın miqdarı, onun aparılma tarixi, yoxlanılan əmlak və öhdəliklərin siyahısı təşkilat tərəfindən təyin olunur.

İnventarizasiya nə vaxt aparılır?

İnventarizasiya aparılması məcburi olan hallardan əlavə hesabat ilində inventarizasiyaların sayı, onların aparılma tarixləri, həmin inventarizasiyaların hər birində yoxlanılacaq əmlakın və öhdəliklərin siyahısı müəssisə tərəfindən müəyyən edilir.

İnventarizasiyanın aparılması aşağıdakı hallarda məcburidir:

  • müəssisənin əmlakı satıldıqda, alındıqda, icarəyə verildikdə;
  • qanunvericilikdə nəzərdə tutulduğu qaydada dövlət və bələdiyyə müəssisəsi, səhmdar cəmiyyəti yaxud başqa müəssisə kimi yenidən təşkil edildikdə;
  • müəssisə ləğv edilərkən, ləğv balansı tərtib edilməmişdən əvvəl və qanunvericilikdə nəzərdə tutulan digər hallarda;
  • maddi-məsul şəxslər dəyişildikdə və yaxud məzuniyyətə getdikdə ( işlərin qəbulu və təhvili günü );
  • oğurluq və ya sui-istifadə halları, həmçinin qiymətlilərin xarab olması faktları müəyyən edildikdə;
  • yanğın, təbii fəlakət, qəza və digər fövqəladə hadisələr baş verdikdə;
  • müəssisənin əmlakı və öhdəlikləri yenidən qiymətləndirildikdə;
  • məhkəmənin və ya müstəntiqin müvafiq qərarı, yaxud prokurorun yazılı göstərişi olduqda;
  • özəlləşdirmə zamanı, sahibkar və hüquqi şəxs statusu dəyişildikdə inventarizasiya tərəflərin razılığı ilə, yaxud dövlət əmlakının idarəetmə orqanlarının tələbi ilə həyata keçirilir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın