Təşkilati-hüquqi mülkiyyət formasından və say tərkibindən asılı olmayaraq hər bir təşkilatın ayrılmaz hissəsi olan kadr kargüzarlığı düzgün şəkildə həyata keçirilmədən heyətin idarə edilməsi mümkün deyil. İstənilən təşkilatın kadr sənədləri qanunla müəyyən edilmiş qaydada tərtib edilməlidir. Bu sənədlərdən yalnız kadrlar şöbəsinin işində deyil, əmək haqqının, pul mükafatlarının, məzuniyyət pullarının hesablanması üçün mühasibatlıq departamentinin əməkdaşlarının işində də istifadə olunur.
Kadr kargüzarlığının “sıfırdan” qurulması: şirkətdə kadr kargüzarlığının qurulması şirkətin iş spesifikası nəzərə alınmaqla, hər bir işə götürənin mütləq malik olmalı olduğu kadr sənədləri paketinin işlənib hazırlanması, tərtib edilməsi və rəsmiləşdirilməsindən ibarətdir. Hər bir sənəd əmək qanunvericiliyinin və Azərbaycan Respublikasının qüvvədə olan standart və normativ tələbləri nəzərə alınmaqla işlənib hazırlanır və rəsmiləşdirilir.
Şirkətimizin əmək hüququ sahəsində böyük təcrübəyə malik olan və kadr kargüzarlığı üzrə mütəxəssisləri şirkətdə kadr uçotunun qurulması üzrə aşağıdakı xidmətləri təklif edirər:
-əmək müqavilələrinin, əmək müqavilələrinə əlavə sazişlərin və vəzifə təlimatlarının işlənib hazırlanması və tərtib edilməsi;
- lokal normativ aktların: daxili əmək intizamı qaydalarının, fərdi məlumatların qorunması haqqında əsasnamənin, əməyin mühafizəsi haqqında əsasnamənin və s. işlənib hazırlanması və tərtib edilməsi;
-ştat cədvəlinin, məzuniyyətlər qrafikinin tərtib edilməsi;
- şəxsi heyət üzrə əmrlərin tərtib edilməsi (işə qəbul, digər işə keçirilmə, məzuniyyət, işdən çıxarılma);
-əmək kitabçalarının tərtib edilməsi və doldurulması;
- işçilərin şəxsi vərəqələrinin tərtib edilməsi;
-işçilərin şəxsi işlərinin formalaşdırılması;
-kadr sənədləri ilə iş üzrə məsləhətlər.
Bu xidmət yeni yaradılmış şirkətlər və ya yeni filiallar açan şirkətlər yaxud kadr kargüzarlığı heç aparılmayan şikətlər üçün aktualdır. Göstərilən xidmətin üstünlükləri aşağıdakılardan ibarətdir:
-kadr xidmətinin qurulması ilə bağlı həm əmək, həm də maddi xərclərin minimuma endirilməsi;
-işlənib hazırlanmış və tərtib edilmiş sənədlərin hüquqi savadlılığı;
-əmək qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət olunması.
Biz, müştərilər ilə qurduğumuz işgüzar münasibətlərdə fərdi yanaşmadan istifadə edirik və onların konkret sorğuları üçün unikal həllər təklif edirik. Təklif etdiyimiz xidmətə təşkilatın və ya fiziki şəxsin mövcud real vəziyyətini təhlil etmək, prioritetləri müəyyən etmək, addımlarımızı planlaşdırmaq, İnsan Resurslarının idarə edilməsi üzrə funksional strategiya və əməliyyat səviyyələri ilə bağlı nəticələri izləmək imkanı verən müxtəlif metod və alətlərin geniş spektri daxildir. Başqa sözlə desək, ekspertlərdən ibarət komandamız strategiyanızı həyata keçirmək üçün lazımi imkanları aşkar etmək və yaratmaqda təşkilatınıza yardımçı ola bilər. Təcrübəli ekpertlərimiz güclü kadr bazasınıu yaratmaq, müvafiq davranış modellərini sınaqdan keçirmək və təşkilat daxilində kadr ehtiyatının planlaşdırılmasına və istedadların inkişaf etdirilməsinə yönəldilmiş təşəbbüslərə əlverişli şərait yaratmaq üçün təşkilatın rəhbərliyi ilə əməkdaşlıq etməyə hazırdır.
Konsultasiya xidmətlərimiz qeyd olunanlarla məhdudlaşmayaraq aşağıdakıları özündə ehtiva edir :
Şirkətimizin əmək hüququ sahəsində böyük təcrübəyə malik olan və kadr kargüzarlığı sahəsində dərin bilikləri olan mütəxəssisləri şirkətdə kadr uçotunun qurulması üzrə aşağıdakı xidmətləri təklif edir:
-Kadr uçotunun AR qanunvericiliyə uyğun təşkili;
-Əməkdaşların şəxsi işlərinin yaradılması;
- Xəstəlik vərəqəsinin, Sosial, Əmək məzuniyyətinin rəsmiləşdirilməsi (Əmr və digər sənədlərin yazılması);
- İcbarı Sığorta əməliyyatların icrası;
- İşçilərin sosial sığortası və onların sosial sığorta kartların sifariş edilməsi;
- İşçilərin əmək kitabçaların yazılması;
- əmək müqavilələrinin,
- əmək müqavilələrinə əlavə sazişlərin və vəzifə təlimatlarının işlənib hazırlanması və tərtib edilməsi;
- lokal normativ aktların: daxili əmək intizamı qaydalarının, fərdi məlumatların qorunması haqqında əsasnamənin, əməyin mühafizəsi haqqında əsasnamənin və s. işlənib hazırlanması;
- ştat cədvəlinin, məzuniyyətlər qrafikinin tərtib edilməsi;
- şəxsi heyət üzrə əmrlərin tərtib edilməsi (işə qəbul, başqa işə keçirilmə, məzuniyyət, işdən çıxarılma);
- işçilərin EHP (elektron hökümət portalında) rəsmi qeydiyyata alınması;
- əmək kitabçalarının tərtib edilməsi və doldurulması;
- işçilərin şəxsi vərəqələrinin tərtib edilməsi;
- işçilərin şəxsi işlərinin formalaşdırılması;
- kadr sənədləri ilə iş üzrə məsləhətlər;
- Şirkətin bütün kargüzarlıq sənədlərinin hazırlanması;
- Tələb olunan kadr prosesləri üzrə proseduraların yazılması;
- Kadr siyasətinin inkişaf strategiyasının hazırlanması;
- kadr fəaliyyətinin təhlili və proqnozlaşdırılması;
- müəssisə və təşkilatın işçi heyətinin əmək potensialının məqsəd və hədəflərə yönəldilməsi və s.
Bu xidmət sahəmiz yeni yaradılmış şirkətlər və ya yeni filiallar açan şirkətlər yaxud ümumiyyətlə kadr kargüzarlığı aparılmayan şikətlər üçün aktualdır.