İlkin mühasibatlıq

10.09.2020C&S Group 86

 

 

Böyük və ya kiçik müəssisə fərqi qoymadan diqqət edilməsi gərəkən bir nüans ilkin mühasibatlıqdır. Qeyd edilməlidir ki, bu sahə üzrə ənənəvi metodlardan yararlanaraq bəzi yanlışlar edilə bilər. Buna görə də inikişaf etmiş mühasibatlıq proqramlarından yararlanmaq daha səmərəli və daha güvənli bir şəkildə hesablarınıza nəzarət etmə şansı yaradır. Mövzu ilə əlaqəli olaraq izləniləcək yol və metodlar öyrənildikdən sonra rahat bir şəkildə hesabları tənzimləmək olar. Ticari fəaliyyətlərdə nailiyyət qazanmaq istəyən müəssisələr mühasibatlıq hesaplarını dəqiq aparmalı və ən kiçik bir riskdən belə çəkinməlidirlər. Mühasibatlıq üzrə əməliyyatlar zamanı firmaların funksiya və böyüklükləri nəzərə alınaraq fərqlər yaranması mümkün olan haldır.

Bəs ilkin mühasibat uçotu necə aparılmalıdır?

Qeyd etdiyimiz kimi firmaların mühasibatlıq proqramları haqqında məlumatlı olmaları olduqca mühümdür. Klassik metodlardan fərqli olaraq qabaqcıl mühasibatlıq teknologiyasının istifadəsi yarana biləcək yanlışları minimuma endirir. Əvvəla, müəssisə sahibi alınan xidmətlər və ya məhsulların faktura , çeklərini saxlamalıdır. Qeyd olunan sənədlərin həm qovluqda yığılması, həm də ilkin mühasibatlıq proqramına yüklənməsi gərəklidir. Qarşı tərəfə edilən ödəmələrdə eyni şəkildə sənədləşdirilməli və saxlanılmalıdır. Mal və ya xidmət alarkən nəzərdən keçirilməli, əksik və çatışmayan nüansların olub olmamağına diqqət yetirilməlidir. Müəssisənin xərcləri mütləq siyahı şəklində yazılmalı və mühasibatlıq proqramına yerləşdirilməlidir. İşçi heyətinin icazə kağızları, müqavilələri, iş saatları və digər məlumatlarda qeydə alınmalıdır.

İlkin mühasibatlığı aparan əməkdaşda olması gərəkən özəlliklər hansılardır?

Bu işləri aparan əməkdaşınızda hər şeydən öncə riyazi bilik və məlumatın olması şərtdir. İlkin mühasibatlıq üçün gərəkli bütün məlumatları bilməsi, müəssisəyə dair  hazırlayacağı qeydləri nizamlı şəkildə aparması önəmlidir.  Doğru və nizamlı bir şəkildə aparılan ilkin mühasibatlıq sənədləşməsi daha sonrakı əməliyyarlar üçün də başlanğıc nöqtəsini qoyur .Şirkətin əldə olan mallarına dair siyahısı, bank hesabları və firmada mövcud olan çek və sənədlərin izlənməsi bu əməkdaşınızın öhdəsində olmalıdır. Əlbəttə ki, diqqətlə aparılacaq bir iş rejimi ilə qısa zamanda ilkin mühasibatlıq işləri həll oluna bilər.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın