HR mütəxəssislər şirkətin sütünudur

30.03.2020C&S Group 80

İnsan resursları sahə olaraq 20-ci əsrin əvvəllərindən aktuallığını qazansa da Azərbaycanda bu sahənin ömrü 20 ildən çox deyil. İnsan resursları HR departamentində işləyən və insan resursları təcrübələrini hazırlayan və tətbiq edən və peşə adını daşıyan bir qrup insandır. 1901-ci ildə ilk dəfə kadrlar şöbəsi ilə ad qazanan və başlanğıcda bu sahədə işləyən şəxslərin insanlarla bağlı münasibətləri və işçilərlə bağlı şikayətləri tənzimləyən administrativ mütəxəsislər kimi qəbul edilmələrinə baxmayaraq çox keçmədən onlar şirkətin strateji qərarları və təşkilatı seçimlər zamanı idarəetmə masasında biznes əməkdaş (HR business partner) kimi yer almağa başladılar. Təəccüblü deyil ki, hal-hazırda şirkətlərdə işləyən HR rəhbərlərinin bir başa şirkət rəhbərliyinə hesabat vermələri təmin edilmişdir. Bu peşə çox önəm kəsb etdiyindən dünyada inkişaf etdirilməsi və peşəkarların yetişdirilməsi istiqamətində CIPD, SHRM, AHRI və s kimi aktiv iştirak edən qurumların üzvlərinin sayı yarım milyona çatmışdır. Eyni məqsədlə insan resursları üzrə müxtəlif səviyyələrdə olan peşəkarlar bu qurumların beynəlxalq dərəcəli diplom və sertifikatlarını almaq üçün imtahanlara müraciət edirlər. Bu peşənin müxtəlif istiqamətləri üzrə ixtisaslı kadr yetişdirən və bu sahə üzrə araşdırmalar aparan universitetlər arasında ABŞ-ın Miçiqan Universitetinin bir qolu olan Ross İdarəetmə Məktəbi, İngiltərənin Notinqem Trent Universiteti, London Biznes məktəbi, Niderlandın Rotterdam İdarəetmə məktəbi ön sıraları tutur. Rəqabət  və xüsusilə insan resurslarına olan önəmin artması bu sahənin biznes nəticələrinə nail olma istiqamətində inkişafına səbəb olmuşdur.

İnsan resursları departamenti strategiya, məqsədlərə sahib və dəyər yaratmaq üçün resursların bölgüsünü həyata keçirən “biznes içində biznes” məvhumu kimi baxa bilərik. Bu səbəbdən insan resursları departamenti öz fəaliyyətini şirkətin biznes strategiyası üzrə formalaşdırır.
Bir sıra araşdırma şirkətləri insan resursları ilə bağlı hazırladıqları təcrübələri bölüşürlər. SHL şirkətinin səriştəlik modeli buna misal ola bilər. Bu təcrübələri 4 kateqoriya başlığı altında qruplaşdırmaqla şirkət üçün dəyərə necə çevriləcəyini qısa olaraq izah edək.

- İşçi hərəkəti: bu yöndə insan resursları üzrə aparılan təcrübələr şirkətdə insanların hərəkəti ilə bağlıdır. Bu təcrübələrə biz işə qəbul, inkişaf, outsorsinq və digər proqramları misal gətirə bilərik ki, bunlar şirkətdə insanların hərəkətinə aiddir.

- Performans (işçi fəaliyyəti): bu təcrübələr ölçmə, performans (işçi fəaliyyətinin) qiymətləndirilməsi, əmək haqqı və mükafatlandırma ilə bağlıdır. Bu təcrübələr öz növbəsində fərdi, komanda və şirkətin struktur bölmələrinin işçi fəaliyyətini (performans) idarə etməklə cavabdehliyi təmin etmək üçündür. “Arzu olunan işəgötürən deyil, müştərilərimizin seçəcəyi işçilərin arzu etdikləri işəgötürən” olmaq önəmlidir.

- Məlumat: insan resursları təcrübələri şirkət daxilində xarici ictimaiyyətlə əlaqələr və daxili işçi kommunikasiyası kimi proseslər  üzərində getdikcə dərinləşir.

- İş: insan resursları təcrübələrini strategiyaya bağlamaq üçün komandada necə işləmək, inzibati siyasətləri necə hazırlamaq və çatdırmaq, iş şəraitinin (misal üçün əmək münasibətləri) şərt və qaydalarını necə idarə etmək, avadanlıqları və boş yeri necə layihələndirmək və şirkətin təşkilatı strukturunu necə qurmaq kimi anlayışlar iş axını ilə bağlıdır. Bu təcrübələrin strateji hədəflərə və biznes nəticələrə nail olmaq üçün tövhə verməsi və bir yerdə işləməsi üçün inteqrasiya edilməsi şərtdir.

Şübhəsiz məhz bu səbədən günümüzdə insan resursları məsələləri barədə müxtəlif tədbirlər, jurnal və digər kommunikasiya vasitələri xətti ilə məlumatlar və fikirlər işıq üzünə çıxardılır.

İnsan resursları HR departamentində işləyən və insan resursları təcrübələrini hazırlayan və tətbiq edən və peşə adını daşıyan bir qrup insandır. 1901-ci ildə ilk dəfə kadrlar şöbəsi ilə ad qazanan və başlanğıcda bu sahədə işləyən şəxslərin insanlarla bağlı münasibətləri və işçilərlə bağlı şikayətləri tənzimləyən administrativ mütəxəsislər kimi qəbul edilmələrinə baxmayaraq çox keçmədən onlar şirkətin strateji qərarları və təşkilatı seçimlər zamanı idarəetmə masasında biznes əməkdaş (HR business partner) kimi yer almağa başladılar. Təəccüblü deyil ki, hal-hazırda şirkətlərdə işləyən HR rəhbərlərinin bir başa şirkət rəhbərliyinə hesabat vermələri təmin edilmişdir.

İnsan resurslarının idarə edilməsi sistemi - şirkətin qarşıya qoyduğu biznes hədəflərinə nail olmaq üçün işçilərin potensialından maksimum istifadə edilməsini təmin edən metod və vasitələrin toplusu olan mexanizmdir. Belə ki, rəqabətli biznes mühitində şirkətin işçilərin fəaliyyətinin qiymətləndirilməsi, onların peşəkarlığının artırılması və professional bacarıqlarının müəyyənləşdirilməsi rəhbər üçün ən vacib  məsələlərdən biridir. 

 Bu mənada İnsan Resurslarının idarə edilməsi şirkətdə:
 - idarəetməni asanlaşdırır; 
 - personal işə şüurlu yanaşmasını gətirir; 
 - personal işinə həvəslə yanaşır, mehriban əmək kollektivi formalaşır;
 - personalın işdə yalnız iş haqqında fikirləşməsinə imkan yaranır, nəticədə keyfiyyət yüksəlir;
 - işçilərdə şirkətin rəhbərliyinə olan inamı artır;
 - kadr axınının qarşısı alınır, peşəkar, səriştəli və ixtisaslı kadrlardan ibarət komanda formalaşır.

Ölkə başçısının məqsədyönlü siyasi və iqtisadi islahatları nəticəsində bir çox sahələr inkişaf etdiyi kimi HR sahəsi də günü-gündən ölkəmizdə inkişaf edir. Bunun bariz nümunələrindən biri kimi 2015-ci ildə ölkədə ilk dəfə HR Forum təşkil edilmiş, iki il sonra isə bu sahədə yenə bir ilkə imza atılaraq sammit təşkil edilmişdir. Bu sammitin keçirilməsi əmək bazarında olan HR mütəxəssislərin tələblərinin nəzərə alınması olmuşdur.  HR departamenti şirkətin əsas sütunudur! Həm böhran zamanı, həm də digər vaxtlarda üzərinə düşən vəzifə əlindəki kadrları ixtisar etmək deyil, əksinə əmək bazarının tələblərinə görə daha da inkişaf etdirməkdir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın