İnsan Resursları (HR) nədir?
İnsan resursları və ya kadrlar uyğun namizədlərin tapılması və işə qəbulu, onlara gərəkli təlimlərin verilməsi ilə məşğul olan şöbədir. Kadrlar sürətli dəyişən bir mühitdə şirkətin inkişafına və onun keyfiyyətli işçilərə olan tələbatının təmin olunmasında əsas rol oynayır. HR birbaşa olaraq işçinin işə qəbul və azad edilməsi, kompensasiya və müavinətlərin verilməsi, habelə, şirkət və işçilərin AR Əmək Məcəlləsinə əsasən qanun çərçivəsində idarə olunmasında birbaşa iştirak edir. Şöbə olaraq şirkətin əsas dəyərlərini və mədəniyyətini qorumağa kömək edir. Xülasə, kadr şöbəsi, təşkilatın ölçüsündən asılı olmayaraq cari işlərin vacib tərkib hissəsidir.
Mütəxəssislər, şirkətə fayda vermək üçün İR-nın icra etməli olduğu altı əsas maddəyə daxil edir:
-insanları səmərəli idarə etmək;
-performansın düzgün qiymətləndirilməsi və işçiləri motivasiya etmək;
-fərdi və təşkilati fəaliyyəti artıran səriştələrin inkişafı;
-rəqabət qabiliyyətini artırmaq üçün zəruri olan yenilik və yaradıcılıq;
-iş prosesinin ardıcıl planlaşdırılması, karyera inkişafı və təşkilatlararası mobillik üçün yeni yanaşmaların tətbiqi;
-təkmilləşdirilmiş işçi hazırlığı, təlim proqramları və ya işçilərlə kommunikasiyanın inkişafı sayəsində texnologiyanın tətbiqi və inteqrasiyasını idarə etmək.
Bütün bunlara əsasən qeyd edə bilərik ki, HRM - təşkilat mədəniyyəti və ətraf mühit üçün strateji və hərtərəfli bir yanaşmadır. HR idarəetmə proseslərinə, yanaşmalara və iş həllərinə öz tövsiyələrini verməklə təşkilatın işçi qüvvəsinin yaxşılaşdırılmasında iştirak edir.
Onu da qeyd etmək lazımdır ki, böyük şirkətlərin kadr şöbəsi XX əsrin əvvəllərindən etibarən ənənəvi kadr, idarəetmə və əməliyyat funksiyalarından uzaqlaşmışdır. Bu isə təbii olaraq, HRM dedikdə yalnız kargüzarlıq anlayışının deyil, daha geniş bir sahənin nəzərdə tutulmasına və inkişafına yol açmışdır.