Gec göndərilən e-qaimə-faktura haqqında

10.11.2021C&S Group 1730

 

Elektron qaimə-fakturanın gec göndərilməsi hansı problemlərə səbəb ola bilər?

Misal 1; Vergi ödəyicisi 12 may 2020-ci ildə 5000 manatlıq malları ekspeditor vasitəsilə qarşı tərəfə - pərakəndə ticarət fəaliyyəti ilə məşğil olan sahibkara təqdim edib. Mallar əvvəlcədən sifariş edilməyənlərə aid edildiyindən vergi ödəyicisi elektron qaimə-fakturanı 5 gün ərzində təqdim etməlidir.

Maliyyə sanksiyası hansı hallarda tətbiq edilir?

1-ci hal: 13 may 2020-ci il tarixdə vergi orqanının əməkdaşları sahibkarın obyektində operativ vergi nəzarəti həyata keçirir. Nəzarət tədbirləri zamanı məlum olur ki, əvvəlcədən sifariş edilmədən təqdim edilən malların alışını təsdiq edən “Malların təhvil-qəbul aktı” yoxdur.

Bu halda Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə uyğun olaraq  malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda  alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 %-i, ikinci dəfə yol verdikdə 20 %-i, üç və daha çox dəfə yol verdikdə 40 %-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

2-ci hal: 14 may 2020-ci il tarixdə vergi orqanının əməkdaşları sahibkarın obyektində operativ vergi nəzarəti tədbirləri həyata keçirir. Sahibkar 12 may 2020-ci il tarixdə əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə “Malların təhvil-qəbul aktı”nı vergi orqanın əməkdaşına təqdim edir.

Bu halda vergi orqanı tərəfindən maliyyə sanksiyası tətbiq edilmir.

3-cü hal: vergi orqanının nümayəndələri 20 may 2020-ci il tarixdə sahibkarın obyektində operativ vergi nəzarəti tədbirləri həyata keçirir. Yoxlama zamanı məlum olur ki, 12 may 2020-ci il tarixdə malların alışını təsdiq edən “Malların təhvil-qəbul aktı” olsa da, elektron qaimə-faktura təqdim edilməyib.

Vergi Məcəlləsinin tələblərinə əsasən, mallar əvvəlcədən sifariş edilmədikdə, malları təqdim edən vergi ödəyici 5 gün müddətində elektron qaimə-faktura göndərməlidir.

Bu zaman Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, Məcəllənin tələblərinə uyğun olaraq elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 %-i, ikinci dəfə yol verdikdə 20 %-i, üç və daha çox dəfə yol verdikdə 40 %-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

4-cü hal: vergi ödəyicisi 21 may 2020-ci il tarixdə mallar göndərilən (verilən) vaxt elektron qaimə-faktura təqdim etməyib. Operativ vergi nəzarəti zamanı məlum olur ki, vergi ödəyicisinin sahibliyində olan eyni şirkətin 5000 manatlıq məhsulunun elektron qaimə-fakturası yoxdur.

Bu zaman malların satışını həyata keçirən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələblərinə uyğun olaraq, malların alışını və ya mədaxilini təsdiq edən sənəd kimi vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura olmadığına görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 %-i, ikinci dəfə yol verdikdə 20 %-i, üç və daha çox dəfə yol verdikdə 40 %-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Həmçinin, malları təqdim edən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, Məcəllənin tələblərinə uyğun olaraq elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 %-i, ikinci dəfə yol verdikdə 20 %-i, üç və daha çox dəfə yol verdikdə 40 %-i miqdarında maliyyə sanksiyası tətbiq edilir.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın