Əmək müqaviləsi

19.03.2021C&S Group 1046

 

 

Əmək müqaviləsi, müәssisә әmәkdaşının vә rəhbərliyin hüquq, vәzifәlәrini müәyyәn edәn rәsmi sәnәddir. Bu forma işәqəbul zamanı rәsmilәşdirilir vә hәr iki tәrәf;  işçi vә rəhbər tərəfindən imzalanır.

Müxtәlif ölkәlәrdə əmək müqaviləsinin maddələri fәrqlidir. Mәsələn Almaniyada uzun illәr əmək müqaviləsinin әsas bölmәlәrinә:

-әmәk fәaliyyәti;

-gәlirlәr (o cümlәdәn әmәkhaqqı);

-müdafiә tәdbirlәri (müvәqqәti әmәk qabiliyyәtsizliyi, әlillik, ölüm halları);

-mәzuniyyәt;

-әlavә işlәrin görülmәsi qaydası;

-istehsal vә kommersiya sirlәrini saxlamaq öhdәliyi;

-ixtiraların rәsmilәşdirilmәsi vә ödәnilmәsi şәrtlәri;

-müqavilәnin qüvvәdә olduğu müddәt vә onu lәğv etmәk qaydası aid edilirdi.

Əmək müqaviləsinin xüsusi növü işçilәr vә rəhbərlik arasında bağlanmış әmәk sazişidir. Bu sazişdә әmәk münasibәtlәri vә digәr münasibәtlәr, hәmçinin, tәrәflәrin hüquq vә vәzifәlәri göstәrilir.

Əmək münasibətlərinin tərəfləri:

Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfində işçi, digər tərəfində isə işəgötürən çıxış edir.

İşçi, işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.

İşəgötürən, tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə, fiziki şəxsdir.

Əmək müqaviləsi, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

Əmək müqaviləsi bildirişi, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Bildiriş qeydiyyata alındıqdan sonra bu barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bundan sonra həmən əmək müqaviləsi hüquqi qüvvəyə minir.

Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilən əsaslar aşağıdakılardır:

-tərəflərdən birinin təşəbbüsü ilə;

-əmək müqaviləsinin müddətinin bitməsi;

-əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;

-müəssisənin rəhbərinin dəyişməsi ilə əlaqədar;

-tərəflərin iradəsindən asılı olmayan hallar;

-tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

-müəssisə ləğv edildikdə;

-işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

-peşəkarlıq səviyyəsinin, ixtisasının kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

-sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;

-dövlət büdcəsindən maliyyələşən müəssisə əməkdaşı işçi kimi yaş həddinə çatdıqda.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın