Bağlanan müəssisənin ƏDV öhdəliyi

11.09.2023C&S Group 509

 

Bağlanan müəssisənin ƏDV qeydiyyatının ləğvi zamanı yaranan ƏDV öhdəliyi:

ƏDV qeydiyyatında olan “AA” MMC (ad şərtidir) ləğv edilməsi üçün vergi orqanına müraciət edir, lakin MMC-nin sahibliyində hər hansı mal qalığı mövcud deyil. Eyni zamanda, cəmiyyətin əvvəlki dövrlər üzrə topdansatış fəaliyyəti ilə bağlı debitor borcları vardır. Belə olan halda, ƏDV qeydiyyatının ləğvi zamanı cəmiyyətin ƏDV öhdəliyi yaranacaqmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən, vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın (o cümlədən malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə) vaxtı ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) vergi tutulan əməliyyatın aparıldığı vaxt sayılır.

Qeyd olunanlara əsasən, əvvəlki dövrlər üzrə təqdim edilən, lakin dəyəri ödənilməyən mallar üzrə yaranan debitor borclar müəssisə ləğv edilən zaman malların təqdim olunması kimi qiymətləndirilir və ƏDV öhdəliyi yaranır.

Əsas: Vergi Məcəlləsinin 159.6-cı və 166.3-cü maddələri

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın