Mükəmməl iş prosesi dedikdə 8 əsas anlayış əsas götürülərək bir müəssisəni idarəetmə və uğurlu nəticələr əldə edərək rəqiblərə nümunə olacaq addımlar atmaq nəzərdə tutulur.
Avropa Keyfiyyət İdarəetmə Sistemi, Avropada fəaliyyət göstərən bütün müəssisələrin davam etdirə bildikləri mükəmməl iş prosesinə çatmaları üçün qurulmuşdur. Onların missiyası Avropadakı qurumlarda davam edəcək mükəmməlliyin hərəkətverici qüvvəsi olmaqdır. Burada əsas anlayışlar kimi nəzərdə tutulur:
1. Nəticəyə fokuslanmaq
Mükəmməllik – bütün hissədarların ehtiyaclarını ödəmək və onlar arasında balansın yaradılmasından asılıdır;
· hissədar tərəflər üçün əlavə dəyər yaratmaq;
· davam etdiriləcək uzun müddətli uğur;
· qarşılıqlı faydalı münasibətlər;
2.Müştəri yönləndirmə
Məhsul və xidmət keyfiyyətini ən son dəyərləndirəcək olan müştəridir. Müştərinin əməkdaşlıq etdiyi şirkətə bağlılığını təmin etmək, onu əldə saxlamaq və bazarda qazanc əldə etmənin ən yaxşı yolu mövcud və potensial müştərilərin tələblərinə fokuslanmaqdır. Bunun başlıca yararları:
· bazar payının artması;
· əməliyyat xərclərini minimuma endirmək;
· uzun müddətli uğur;
3.Liderlik və məqsədin davamlılığı
Bir qurumun liderlərinin davranışları qurum daxilində məqsəd birliyini təmin edər, həm qurum, həm də işçilərin mükəmməl iş nümayiş etdirəcəkləri mühit yaradar.
Əsas yararları:
· işçilərin öhdəliklərini və səmərəliliyini maksimum dərəcədə artırmaq;
· müəssisənin istiqamətini dəqiq bilmək;
· bazarda özünə mövqe tutmaq;
· müəssisənin fəaliyyətənin nizamlı və sistemli bir şəkildə davam etdirilməsi;
4. Proses və məlumatların idarəsi
Şirkətlər yüksək performans bir-biri ilə bağlı və sistemli bir şəkildə işlədikdə, fəaliyyət və inkişafa yönəlik planlarını hissədarların hər birinin fikrinə önəm verərək aldıqda nail ola bilər.
· arzu edilən nəticələrə fokuslanmaq;
· işçilərin ən üst mövqedə dəyərləndirilməsi;
· nəticələrin tutarlılığı və dəyişikliklərin nəzarət altında saxlanılması;
· real hədəflər almaq;
5.İşçilərin inkişafı
Bir müəssisənin işçilərinin potensialını tam olaraq göstərməsi üçün aralarında bir güvən olmalıdır. Belə bir mühit hər kəsin iş keyfiyyətini asanlaşdırar.
Əsas yararları:
· yüksək səviyyəli iş prosesi, müsbət geri dönüşlər və yüksək əhval-ruhiyyə;
· yaxşı yeni işçilərin şirkətə qəbulu və var olan işçi heyətinin əldə saxlanılması;
· məlumat bazasının əməkdaşlar arasında mübadiləsi;
· işçilərə özünü inkişaf etdirmə fürsətinin verilməsi;
6. Daimi özünüinkişaf və yenilikçilik
· işə operativ yanaşma;
· fürsətlərin görülməsi;
· performansın ən yüksək səviyyəyə çıxarılması;
· bütün işçilərin gündəlik iş prosesinin yaxşılaşması;
7.Əməkdaşlıq etdiyi şirkətlərin sayının artması
Müəssisənin yüksək performansı, əməkdaşlıq etdiyi şirkətlərlə güvənə, məlumat mübadiləsi edilməsinə və bütünləşməyə dayanan, qarşılıqlı faydalı əməkdaşlığın qurulması ilə bağlıdır.
· tərəflər üçün maraq yaratmaq bacarığı;
· rəqib şirkətlər arasında üstünlük əldə etmək;
8.Məsuliyyət
Məsuliyyətli və operativ yanaşma tərzində;
· müəssisənin hörməti artar, performansı yüksələr;
· özünəgüvən qazanar
Avropa Keyfiyyət İdarəetmə Sistemi şirkətlərin performansını yaxşılaşdırmaq üçün 1991-ci ildə “Mükəmməllik Modeli”ni yaratmışdır. Bu model hal-hazırda Avropa miqyasında və başqa ölkələrdə on minlərcə şirkət tərəfindən istifadə olunmaqdadır. Məsələn, özəl şirkətlər, məktəblər, sağlamlıq mərkəzləri, polis mərkəzləri, dövlət quruluşları bu modeli istifadə edir.
Mükəmməllik Modeli 9 əsas kriteriya üzərində qurulmuş və məcburiyyəti olmayan bir modeldir;
1- Liderlik
2- İşçi heyəti
3- Politika və strategiya
4- İşgüzar əməkdaşlıqlar
5- Müddət
6- İşçilərlə əlaqəli nəticələr
7- Müştərilərlə əlaqəli nəticələr
8- Cəmiyyətlə əlaqəli nəticələr
9- Ümumi performans nəticələri
Bu kriterleriyalardan beşi şirkətin fəaliyətini, dördü isə şirkətin nələri reallaşdırdığını göstərir.