Audit xidməti

10.03.2020C&S Group 2393

Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. 

Şirkət rəhbərliyinin mühasibat, maliyyə və vergi uçotunun bütün aspektləri barədə son dərəcə dəqiq məlumatı olmadığı təqdirdə maliyyə-təsərrüfat fəaliyyəti effektiv ola bilməz. Məhz buna görə də audit təşkilatlarının xidmətləri istənilən biznesin əsas tərkib hissəsini təşkil edir.

Auditor xidmətlərinin növləri:

Klassik audit – vergi, maliyyə hesabatlarının, eləcə də əmək haqqlarının hesablanması və verilməsini əks etdirən hesabatların yoxlanmasını daxil edən anlayışdır. Audtorun ixtisaslı fəaliyyəti nəticəsində siz müəssisənizin passivləri, aktivləri, kapitalı, öhdəlikləri və maliyyə vəziyyəti haqqındakı məlumatın həqiqətə uyğun olduğundan əmin olacaqsınız.

Məlum olduğu kimi audit qanunvericiliyə uyğun olaraq icbari surətdə aparılan və sahibkarın öz arzusu və ya ehtiyac olduqda apara biləcəyi təşəbbüs xarakterli (könüllü) olur. Icbari auditin məqsədi maliyyə hesabatlarında və ya onların tərkib hissələrindəki (məsələn, firmanın əsas fondunun və ya nizamnamə kapitalının formalaşdırılmasının, yoxlanmasını həyata keçirmək olar) məlumatların doğruluğunu təsdiq etməkdir. Nəzərə almaq lazımdır ki, icbari maliyyə auditinin həyata keçirilməsini yalnız reyestrə daxil edilmiş auditorlara və ya audit şirkətlərinə həvalə etmək olar! Auditi başqa əlaqədar audit xidmətlərini də yerinə yetirən şirkətimizə etibar etməklə siz görülən işlərin keyfiyyətindən və onların qanuniliyindən əmin ola bilərsiniz.

İcbari audit keçirilən zaman sizin tələbinizlə təsərrüfat fəaliyyətinin aparılması zamanı baş verən səhvlərin düzəldilməsinə, əməliyyatların uçotu üzrə nəzarət sisteminin yaxşılaşdırılmasına yönəldilmiş hesabat təqdim edilməlidir.

Siz təsərrüfatçılıq formasını artıq müəyyən etmisinizsə və ya vaxtaşırı icbari auditin aparılmasını tələb edən fəaliyyətlə məşğulsunuzsa, şirkətimizlə uzunmüddətli əməkdaşlıq, şirkət nəticələrinizi çox yaxın zamanda qiymətləndirə biləcəyiniz qarşılıqlı faydalı təklifdir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın